İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsilin İnkişafı Fondunun birgə əməkdaşlığı ilə həyata keçirilən “4Sİ Akademiyası” çərçivəsində “Milli Proqram”ın 4-cü mərhələsi tamamlanıb. Bu mərhələdə “Milli Proqram”a qoşulan 7500 nəfər “Coursera” onlayn təhsil platformasında rekord sayda - 18 mindən çox təlimi uğurla bitirib. Vətəndaşlar daha əvvəlki mərhələlərdə maksimum 14 min təlimi uğurla başa vurmuşdular.
Bu ilin aprel ayından başlayan Proqram çərçivəsində bu günədək ümumilikdə 30 min nəfər təhsil platformasında təqdim olunan təlimlərdən ödənişsiz yararlanmaq imkanı qazanıb. Vətəndaşlar 60 mindən çox təlimi uğurla başa vuraraq beynəlxalq səviyyəli sertifikatlar əldə ediblər.
Bu gündən başlayaraq “Milli Proqram”ın 5-ci mərhələsinə start verilib. Beləliklə, növbəti 7500 nəfər 6 həftə ərzində platformada təqdim olunan kurslardan yararlanmaq imkanı əldə edib.
“Milli Proqram” istifadəçiləri daha çox süni intellekt və data elmi sahəsində təlimlərə üstünlük verir. Bununla yanaşı, layihələrin idarə olunması, informasiya texnologiyaları, yumşaq bacarıqlar, kommunikasiya və dil, sosial elmlər, eləcə də biznes sahəsi üzrə təlimlərə də maraq artıb. Proqram çərçivəsində 1 il ərzində on minlərlə istifadəçinin dünyanın ən böyük onlayn tədris platforması olan “Coursera”da təlimlərdən faydalanması nəzərdə tutulub. “Milli Proqram” SOCAR, “Paşa Holdinq”, bp, JOCAP və “Azerconnect Group” kimi aparıcı şirkətlərin tərəfdaşlığı ilə həyata keçirilir.
Bakıda “Türk dünyası – 2026” beynəlxalq idman rəqsləri müsabiqəsi keçirilib
16 Noyabr 2026
Budapeştdə ELSA-nın 90-cı Beynəlxalq Şura Toplantısı keçirilib
16 Noyabr 2026
Beynəlxalq Gənclər Forumu
25 Oktyabr 2026
“Gilavar” Foto Klubu İctimai Birliyi İsveçrənin Cenevrə şəhərində - BMT-nin Avropa ofisinin yerləşd…
6 Oktyabr 2026
WUF 13 Proqramı çərçivəsində Uşaqlar və gənclər dəyirmi masası keçirilib.
21 May 2026
“Beynəlxalq gənclər üçün süni intellekt müsabiqəsi: Dayanıqlı, davamlı və reinteqrasiyaya uyğun şəh…
19 May 2026
“Xəzərin sahilində” adlı intellektual çempionat keçirilib
12 May 2026
Sumqayıtda WUF13 Festivalının ictimai proqramı baş tutub
12 May 2026
Sumqayıt şəhərində WUF13 Festivalı çərçivəsində məlumatlandırma sessiyası keçirilib
12 May 2026
WUF13 tədbirində təşkil olunacaq Biznes və İnnovasiya Mərkəzinin proqramı açıqlanıb
11 May 2026