10 may tarixində WUF13 Festivalı çərçivəsində Qarabağ Universitetində “İnklüziv şəhərsalma: Qadınlar, icmalar və dayanıqlı gələcək” mövzusunda panel müzakirəsi keçirilib.
Xankəndi şəhərində təşkil olunan tədbirdə müxtəlif sahələri təmsil edən ekspertlər, ictimai fəallar və iştirakçılar bir araya gələrək şəhərlərin gələcəyində inklüziv yanaşmanın, qadın iştirakçılığının və dayanıqlı inkişaf prinsiplərinin rolunu müzakirə ediblər. Qeyd olunub ki, WUF13 Festivalı çərçivəsində həyata keçirilən bu cür təşəbbüslər urbanizasiya, dayanıqlılıq və sosial inkişaf mövzularında ictimai maarifləndirmənin artırılmasına, müxtəlif maraqlı tərəflər arasında dialoqun gücləndirilməsinə və yeni əməkdaşlıqların təşviqinə töhfə verir.
Tədbirdə WUF13 Azərbaycan Əməliyyat Şirkərtinin Kommunikasiya meneceri Emin Hüseynzadə, “Resource HUB”-ın direktoru Gülnarə İsmayılova, Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunun dosenti Dr Gülçöhrə Hüseynova və Turin Politexnik Universitetin magistrı və gənc memar Lalə Nasibova iştirak edərək tələbələrlə şəhərsalma proseslərində icmaların iştirakının əhəmiyyəti, qadınların qərarvermə mexanizmlərində rolu, daha əlçatan və dayanıqlı şəhər mühitin formalaşdırılması istiqamətində beynəlxalq təcrübələr və yerli yanaşmalar ətrafında fikir mübadiləsi aparıblar.
Müzakirələr çərçivəsində qeyd olunub ki, Xankəndi bu gün yalnız yenidən qurulan şəhər deyil, eyni zamanda yeni ideyaların, enerjinin və müxtəlif sahələrdən olan intellektual insanların bir araya gəldiyi yeni bir məskəndir. Bildirilib ki, belə bir mərhələdə inklüziv şəhərsalma, icma münasibətləri və şəhərlərin gələcəyinin necə formalaşdırılması ilə bağlı dialoqlar şəhərin inkişafı baxımından xüsusi aktuallıq daşıyır.
Panel iştirakçıları vurğulayıblar ki, Xankəndinin gələcək şəhər kimliyinin formalaşmasında açıq dialoq, müxtəlif baxışların iştirakı və insan mərkəzli yanaşmalar mühüm rol oynayacaq.
Spikerlər dayanıqlı şəhər inkişafının yalnız infrastruktur layihələri ilə deyil, eyni zamanda sosial inklüzivlik, icma iştirakı və insan mərkəzli yanaşmalar vasitəsilə mümkün olduğunu diqqətə çatdırıblar. Panel interaktiv müzakirələr və iştirakçıların sualları əsasında fikir mübadiləsi ilə davam edib.
Bakıda “Türk dünyası – 2026” beynəlxalq idman rəqsləri müsabiqəsi keçirilib
16 Noyabr 2026
Budapeştdə ELSA-nın 90-cı Beynəlxalq Şura Toplantısı keçirilib
16 Noyabr 2026
Beynəlxalq Gənclər Forumu
25 Oktyabr 2026
“Gilavar” Foto Klubu İctimai Birliyi İsveçrənin Cenevrə şəhərində - BMT-nin Avropa ofisinin yerləşd…
6 Oktyabr 2026
WUF 13 Proqramı çərçivəsində Uşaqlar və gənclər dəyirmi masası keçirilib.
21 May 2026
“Beynəlxalq gənclər üçün süni intellekt müsabiqəsi: Dayanıqlı, davamlı və reinteqrasiyaya uyğun şəh…
19 May 2026
“Xəzərin sahilində” adlı intellektual çempionat keçirilib
12 May 2026
Sumqayıtda WUF13 Festivalının ictimai proqramı baş tutub
12 May 2026
Sumqayıt şəhərində WUF13 Festivalı çərçivəsində məlumatlandırma sessiyası keçirilib
12 May 2026
WUF13 tədbirində təşkil olunacaq Biznes və İnnovasiya Mərkəzinin proqramı açıqlanıb
11 May 2026