Ağstafa şəhərində yerləşən “Şuşa” restoranında təşkil olunan tədbirdə Ağstafa RİH başçısı Seymur Orucov, rayonun məsul şəxsləri və Rayon İcra Hakimiyyətində növbəti könüllülük təlimlərini müvəffəqiyyətlə başa vuran gənclər iştirak ediblər.
RİH başçısı diqqətə çatdırıb ki, müasir müstəqil Azərbaycanda könüllülük sahəsində əsl inkişaf məhz Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlayıb. Belə ki, Ulu Öndərin gənclərlə bağlı yürütdüyü uğurlu dövlət siyasəti gənc nəsli ölkəmizin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirakçısına çevirdi, gənclərin mənəvi-ideoloji cəhətdən yetkinləşməsini, faydalı məşğulluğunun təmin olunmasını, habelə könüllülük hərəkatının formalaşmasını təmin etdi. Hazırda Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın könüllülük fəaliyyətinin inkişafına göstərdiyi yüksək diqqət və qayğı, bu sahədə əldə olunan nailiyyətlər və könüllülərin ölkəmizin inkişafında əvəzsiz xidmətləri daha geniş vüsət almaqdadır.
RİH başçısı növbəti təlimləri uğurla başa vuran daha 17 nəfər gəncə Ağstafa Rayon İcra Hakimiyyətinin müvafiq Sertifikatlarını təqdim edib.
Tədbirdə çıxış edən könüllülər, Quliyeva Aytəkin Elçin qızı və Əliyev Turxan Müseyib oğlu peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq məqsədi ilə dövlət orqanlarında və cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına yaradılan yüksək şərait üçün ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.
Naxçıvanda tələbələrin gələcək perspektivləri və iş imkanları müzakirə edilib
13 Noyabr 2026
“Zəfər Gəncliyi Festivalı – Sədərək 2026” keçirilib
5 Noyabr 2026
Naxçıvan şəhərində “Qürur rəngləri” kvest oyunu keçiriləcək
6 Oktyabr 2026
Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi keçirilir
5 Oktyabr 2026
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovun iştirakı ilə hesabat konfransları k…
25 Sentyabr 2026
Naxçıvanda “Velo Fest” velosiped festivalı keçirilib
20 Sentyabr 2026
Lənkəranda “Şahin” hərbi-idman oyununun zona mərhələsi keçirilib
19 May 2026
Avropa çempionu Cəlilabad rayonunda böyük izdihamla qarşılanıb
19 May 2026
Pirallahı rayonunda gənc rəssamların iştirakı ilə BAKI - 2026 - “Dünya İdman Paytaxtı” çərçivəsində…
18 May 2026
Mingəçevir Dövlət Universitetində “I Yaşıl Kampus İdman Festivalı”: Sağlam həyat tərzi, ekoloji düş…
10 May 2026