Təhsil İdman Peşə İnnovasiya Karyera

Regional Fəaliyyət

Logo

Gənclər və sahibkarlar: Təcrübə ilə bacarığın birləşdiyi platforma

Gənclər və sahibkarlar: Təcrübə ilə bacarığın birləşdiyi platforma

Ağcabədi rayonunda fəaliyyət göstərən bir qrup sahibkarın iştirakı ilə “Gənc bacarıqların sahibkarlıq subyektlərinə cəlb edilməsində mövcud problemlər və həll yolları” mövzusunda dəyirmi masa təşkil olunub. Tədbirdə məktəbimizin direktoru, müəllim heyəti və tələbələrimiz də fəal iştirak ediblər.

Görüş zamanı sahibkarlıq fəaliyyətində qarşıya çıxan çətinliklər, gənclərin real iş mühitinə inteqrasiyası, əmək bazarının tələbləri və qarşılıqlı əməkdaşlıq imkanları ətrafında geniş müzakirələr aparılıb. Məktəb olaraq belə platformaların tələbələrimizin praktiki biliklərinin gücləndirilməsi, iş dünyası ilə birbaşa əlaqələrinin qurulması və gələcək karyera imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğuladıq.

Bu təşəbbüsün əsas məqsədi gənclərin bacarıqları ilə sahibkarların təcrübəsini bir araya gətirərək mövcud problemlərin həllinə real töhfə vermək, eyni zamanda yerli sahibkarlıq mühiti ilə peşə təhsili arasında daha sıx əməkdaşlıq formalaşdırmaqdır.

Qeyd edək ki, layihə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən elan edilmiş 7-ci qrant müsabiqəsi çərçivəsində maliyyə dəstəyi ilə həyata keçirilir.


Gənclər və sahibkarlar: Təcrübə ilə bacarığın birləşdiyi platforma Gənclər və sahibkarlar: Təcrübə ilə bacarığın birləşdiyi platforma Gənclər və sahibkarlar: Təcrübə ilə bacarığın birləşdiyi platforma Gənclər və sahibkarlar: Təcrübə ilə bacarığın birləşdiyi platforma Gənclər və sahibkarlar: Təcrübə ilə bacarığın birləşdiyi platforma Gənclər və sahibkarlar: Təcrübə ilə bacarığın birləşdiyi platforma
31 Yanvar 2026