Ağstafa Rayon İcra Hakimiyyəti başçısı aparatının inzibati binasında keçirilən tədbirdə RİH başçısının müavini, Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın sədri Lalə Eyyubova, komissiyanın üzvləri, rayonun ümumtəhsil məktəblərinin psixoloqları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Lalə Eyyubova çıxış edərək təlimin əsas məqsədinin ailələrin sosial müdafiəsi, uşaqların inkişafı, nikah və ailə münasibətlərinin möhkəmləndirilməsi, habelə çətin həyat şəraitində olan və həssas qruplara aid uşaqlarla psixoloji və sosial işin daha peşəkar şəkildə aparılmasını təmin etmək olduğunu bildirib.
Daha sonra çıxış edənlər Ağstafa şəhəri Səadət Şükürova adına 3 nömrəli tam orta ümumtəhsil məktəbinin psixoloqu Elnarə İsgəndərova, Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın katibi Zakir Nəsibov, həmin komissiyanın üzvləri Turan Hüseynov və Elgün İsmayılov bildiriblər ki, yeniyetmə və gənclərin hüquqlarının pozulmasına, vaxtsız qurulan ailələrin dağılmasına və cəmiyyətdə sosial problemlərin artmasına səbəb olan ünsürlərə qarşı hamılıqla mübarizə aparılmalı, bu sahədə icra olunan maarifləndirmə tədbirləri daha da gücləndirilməlidir.
Təlim ölkədə ailə və uşaq sahəsində xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, peşəkar resursların gücləndirilməsinə, həmçinin beynəlxalq təcrübənin tətbiqinə mühüm töhfə verib.
Naxçıvanda tələbələrin gələcək perspektivləri və iş imkanları müzakirə edilib
13 Noyabr 2026
“Zəfər Gəncliyi Festivalı – Sədərək 2026” keçirilib
5 Noyabr 2026
Naxçıvan şəhərində “Qürur rəngləri” kvest oyunu keçiriləcək
6 Oktyabr 2026
Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi keçirilir
5 Oktyabr 2026
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovun iştirakı ilə hesabat konfransları k…
25 Sentyabr 2026
Naxçıvanda “Velo Fest” velosiped festivalı keçirilib
20 Sentyabr 2026
Lənkəranda “Şahin” hərbi-idman oyununun zona mərhələsi keçirilib
19 May 2026
Avropa çempionu Cəlilabad rayonunda böyük izdihamla qarşılanıb
19 May 2026
Pirallahı rayonunda gənc rəssamların iştirakı ilə BAKI - 2026 - “Dünya İdman Paytaxtı” çərçivəsində…
18 May 2026
Mingəçevir Dövlət Universitetində “I Yaşıl Kampus İdman Festivalı”: Sağlam həyat tərzi, ekoloji düş…
10 May 2026