Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının təşkilatçılığı, Naxçıvan Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə gənclər Naxçıvan şəhərində yaşayan şəhid ailələrini ziyarət ediblər. Görüş çərçivəsində iştirakçılar şəhidlərimiz İbrahimov İbrahim Etibar oğlu, Quliyev Orxan Vaqif oğlu və Məmmədov Əli Abbas oğlunun ailə üzvləri ilə görüşərək onlara mənəvi dəstək olmağa çalışıb, o cümlədən şəhidlərimizin həyatı, döyüş yolu və şücaəti barədə məlumatlandırılıblar.
Nazirliyin gənclərlə iş şöbəsinin müdiri İlahə Haqverdiyeva və İcra Hakimiyyətinin Müharibə iştirakçıları və şəhid ailələri ilə iişin təşkili sektorunun müdiri, şöbə müdirinin müavini İsmayıl Gülməmmədov Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərindən, Qarabağda icra etdiyi lokal xarakterli antiterror tədbirlərindən söz açıb, qəhrəman Azərbaycan əsgərinin şücaətindən danışıblar. Qeyd olunub ki, şəhidlərimizin ömür yolu, Vətən qarşısındakı xidmətləri gənc nəsil üçün böyük vətənpərvərlik nümunəsidir. Tədbir iştirakçıları şücaətli, cəsur, eyni zamanda vətənpərvər övlad yetişdirdikləri üçün şəhid valideynlərinə dərin minnətdarlıqlarını bildiriblər.
İştirakçılara qəhrəman şəhidlərimizin xidməti fəaliyyəti, təltif edildikləri orden və medallar barədə məlumat verilib. Ailə üzvləri onların özünəməxsus xüsusiyyətləri ilə bağlı fikirlər səsləndirib, xatirələrini bölüşüblər. Gənclər şəhidlərimizə aid xatirə guşələri ilə də tanış olublar.
Naxçıvanda tələbələrin gələcək perspektivləri və iş imkanları müzakirə edilib
13 Noyabr 2026
“Zəfər Gəncliyi Festivalı – Sədərək 2026” keçirilib
5 Noyabr 2026
Naxçıvan şəhərində “Qürur rəngləri” kvest oyunu keçiriləcək
6 Oktyabr 2026
Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi keçirilir
5 Oktyabr 2026
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovun iştirakı ilə hesabat konfransları k…
25 Sentyabr 2026
Naxçıvanda “Velo Fest” velosiped festivalı keçirilib
20 Sentyabr 2026
Lənkəranda “Şahin” hərbi-idman oyununun zona mərhələsi keçirilib
19 May 2026
Avropa çempionu Cəlilabad rayonunda böyük izdihamla qarşılanıb
19 May 2026
Pirallahı rayonunda gənc rəssamların iştirakı ilə BAKI - 2026 - “Dünya İdman Paytaxtı” çərçivəsində…
18 May 2026
Mingəçevir Dövlət Universitetində “I Yaşıl Kampus İdman Festivalı”: Sağlam həyat tərzi, ekoloji düş…
10 May 2026