Prezident İlham Əliyevin 22 dekabr 2025-ci il tarixli müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli”nin elan edilməsi ilə bağlı ölkəmizin hər yerində, o cümlədən Ağstafa rayonunda müxtəlif tədbirlər təşkil olunur. Ağstafa Rayon İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq bu gün Ağstafa şəhəri və Dağ Kəsəmən kəndində yaz fəslinin iqlim şəraitinə uyğun olaraq təyin olunmuş ərazilərdə genişmiqyaslı ağacəkmə aksiyası keçirilib. Aksiyada Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, aidiyyəti üzrə xidməti təşkilatların əməkdaşları, ictimaiyyət nümayəndələri və gənc könüllülər iştirak ediblər. Aksiya çərçivəsində ümumilikdə 600 ədəd sərv ağacı əkilib, yeni tinglərə zəruri aqrotexniki qulluq göstərilib, eləcə də ərazidə abadlıq işləri həyata keçirilib.
Bir daha diqqətə çatıdırılıb ki, dövlətimizin başçısının imzaladığı müvafiq Sərəncam Azərbaycanın çoxəsrlik tarixə malik şəhərsalma və memarlıq mədəniyyəti ənənələrinin yaşadılması, eləcə də ölkədə bu sahədə yeni çağırışlara cavab verən mütərəqqi yanaşmaların təşviqi və tətbiqinin genişləndirilməsi məqsədi daşıyır.
Naxçıvanda tələbələrin gələcək perspektivləri və iş imkanları müzakirə edilib
13 Noyabr 2026
“Zəfər Gəncliyi Festivalı – Sədərək 2026” keçirilib
5 Noyabr 2026
Naxçıvan şəhərində “Qürur rəngləri” kvest oyunu keçiriləcək
6 Oktyabr 2026
Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi keçirilir
5 Oktyabr 2026
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovun iştirakı ilə hesabat konfransları k…
25 Sentyabr 2026
Naxçıvanda “Velo Fest” velosiped festivalı keçirilib
20 Sentyabr 2026
Lənkəranda “Şahin” hərbi-idman oyununun zona mərhələsi keçirilib
19 May 2026
Avropa çempionu Cəlilabad rayonunda böyük izdihamla qarşılanıb
19 May 2026
Pirallahı rayonunda gənc rəssamların iştirakı ilə BAKI - 2026 - “Dünya İdman Paytaxtı” çərçivəsində…
18 May 2026
Mingəçevir Dövlət Universitetində “I Yaşıl Kampus İdman Festivalı”: Sağlam həyat tərzi, ekoloji düş…
10 May 2026