Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin Ağstafa Regional İdarəsinin rəisi və idarənin şəxsi heyəti, rayonun hüquq-mühafizə orqanarının rəhbərləri və məsul şəxslər iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzinin qarşısında Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, müasir müstəqil Azərbaycan memarının əziz xatirəsinə böyük ehtiramlarını bildiriblər. İdarənin inzibati binasında davam etdirilən tədbir Dövlət Himnimiz səsləndirilməsi, Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin ruhunun bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin ölkəmizdə xüsusi mühafizə sistemi ilə bağlı siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində bu sahə sürətlə inkişaf edib, öz növbəsində bu sahədə çalışan əməkdaşlar üzərlərinə düşən şərəfli vəzifə öhdəliklərini daim layiqincə yerinə yetirirlər. 2020-ci il martın 16-da imzalanan "Xüsusi dövlət mühafizəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" Prezident Fərmanı fəaliyyətin müasir dövrün tələbləri nəzərə alınmaqla yenidən qurulması baxımından mühüm addım olub.
Sonda İdarənin xidmətdə fərqlənən və vəzifələrini layiqincə yerinə yetirən hərbi qulluqçuları mükafatlandırılıb, onlara həmçinin Ağstafa Rayon İcra Hakimiyyətinin fəxri fərmanları da təqdim olunub.
Naxçıvanda tələbələrin gələcək perspektivləri və iş imkanları müzakirə edilib
13 Noyabr 2026
“Zəfər Gəncliyi Festivalı – Sədərək 2026” keçirilib
5 Noyabr 2026
Naxçıvan şəhərində “Qürur rəngləri” kvest oyunu keçiriləcək
6 Oktyabr 2026
Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi keçirilir
5 Oktyabr 2026
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovun iştirakı ilə hesabat konfransları k…
25 Sentyabr 2026
Naxçıvanda “Velo Fest” velosiped festivalı keçirilib
20 Sentyabr 2026
Lənkəranda “Şahin” hərbi-idman oyununun zona mərhələsi keçirilib
19 May 2026
Avropa çempionu Cəlilabad rayonunda böyük izdihamla qarşılanıb
19 May 2026
Pirallahı rayonunda gənc rəssamların iştirakı ilə BAKI - 2026 - “Dünya İdman Paytaxtı” çərçivəsində…
18 May 2026
Mingəçevir Dövlət Universitetində “I Yaşıl Kampus İdman Festivalı”: Sağlam həyat tərzi, ekoloji düş…
10 May 2026