Ağstafa Rayon İcra Hakimiyyəti, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Ağstafa Rayon Komitəsinin birgə təşkilatçılığı ilə baş tutan görüşdə RİH başçısı Seymur Orucov, şəhidlərimizin ailə üzvləri, məsul şəxslər iştirak ediblər.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canını fəda edən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
RİH başçısı xalqımızın milli birlik və dirçəliş rəmzi olan Novruz bayramı münasibəti ilə şəhidlərimizin ailə üzvlərini təbrik edərək qeyd edib ki, Prezident, Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən Vətən uğrunda canından keçən qəhrəman şəhidlərimizin əmanətləri hərtərəfli diqqət və qayğı ilə əhatə olunur. Onların sağlam, uğurlu və xoşbəxt gələcəkləri üçün dövlətimiz tərəfindən bütün zəruri addımlar atılır. Rəşadətli Ordumuzun qazandığı şanlı Zəfər sayəsində torpaqlarımız işğaldan azad, tarixi ədalət bərqərar olundu, doğma yurdlarımıza həyat qayıtdı. Biz artıq Novruzla bərabər bütün bayramları qalib xalqın nümayəndələri kimi böyük qürur və iftixar hissi ilə qeyd edirik.
Tədbirdə Novruza həsr olunmuş musiqili əyləncəli nömrələr nümayiş etdirilib, uşaqlara bayram hədiyyələri təqdim olunub.
Naxçıvanda tələbələrin gələcək perspektivləri və iş imkanları müzakirə edilib
13 Noyabr 2026
“Zəfər Gəncliyi Festivalı – Sədərək 2026” keçirilib
5 Noyabr 2026
Naxçıvan şəhərində “Qürur rəngləri” kvest oyunu keçiriləcək
6 Oktyabr 2026
Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi keçirilir
5 Oktyabr 2026
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovun iştirakı ilə hesabat konfransları k…
25 Sentyabr 2026
Naxçıvanda “Velo Fest” velosiped festivalı keçirilib
20 Sentyabr 2026
Lənkəranda “Şahin” hərbi-idman oyununun zona mərhələsi keçirilib
19 May 2026
Avropa çempionu Cəlilabad rayonunda böyük izdihamla qarşılanıb
19 May 2026
Pirallahı rayonunda gənc rəssamların iştirakı ilə BAKI - 2026 - “Dünya İdman Paytaxtı” çərçivəsində…
18 May 2026
Mingəçevir Dövlət Universitetində “I Yaşıl Kampus İdman Festivalı”: Sağlam həyat tərzi, ekoloji düş…
10 May 2026