Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov Vətən müharibəsi qaziləri və müharibə veteranları ilə növbəti görüşünü keçirib. Tədbirdə rayonun hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri və ictimaiyyət nümayəndələri də iştirak ediblər.
RİH başçısı tədbir iştirakçılarının qarşıdan gələn Novruz bayramını təbrik edərək bildirib ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın müvafiq tapşırıq və tövsiyələrinə uyğun olaraq ölkəmizin suverenliyi, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şücaət göstərən qazilərimizə, Vətən uğrunda canını fəda edən şəhidlərimizin ailələrinin yüksək diqqət və qayğı ilə əhatə olunması məqsədi ilə bu cür görüşlərin təşkili mütəmadi xarakter daşıyır. Şəhid ailələri, qazilər və əhalinin digər həssas qruplarına aid insanlara diqqət və qayğının göstərilməsi, onların sosial rifah halının yaxşılaşdırılması dövlətimizin yürütdüyü siyasətin prioritet istiqamətlərindəndir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazandığımız Zəfər xalqımızın qəhrəman övladlarının canı-qanı bahasına, əsgər və zabitlərimizin, cəbhəyə könüllü yollanmış vətənpərvər gənclərimizin igidliyi və rəşadəti sayəsində tariximizə yazılmış şanlı salnamədir. Onların hər biri xalqımızın qürur mənbəyi və gələcək nəsillər üçün vətənpərvərlik, qəhrəmanlıq nümunəsidir.
Görüşdə 3-cü qrup Vətən müharibəsi əlili Fərid Əsgərov, 1-ci Qarabağ müharibəsi veteranı İqrar Bayramov çıxışlarında ölkəmizin azadlığı uğrunda iştirak etdikləri və yaddaşlarında dərin iz buraxan müharibə xatirələrindən, əsgərlərimizin göstərdikləri igidlikdən söz açıblar. Qeyd olunub ki, döyüş meydanlarındakı hər günün gərginliyi və hər anın önəmi xalqımızın birlik və iradəsinin simvolu olaraq gələcək nəsillərə əbədi iz qoyub.
Ağstafa Rayon Mərkəzi Xəstəxanasının psixoloq həkimi Azər Qurbanov müharibə əlillərinə göstərilən sosial-psixoloji və reabilitasiya xidmətlərindən söz açıb. Psixoloq diqqətə çatdırıb ki, xidmdətlərin ən müasir tibbi-reabilitasiya aparatları, avadanlıqları ilə operativ, vaxtında, keyfiyyətlə və mərkəzləşmiş şəkildə aparılması üçün bütün zəruri tədbirlər həyata keçirilir.
Görüşün sonunda qazilərimizlə xatirə şəkli çəkdirilib.
Naxçıvanda tələbələrin gələcək perspektivləri və iş imkanları müzakirə edilib
13 Noyabr 2026
“Zəfər Gəncliyi Festivalı – Sədərək 2026” keçirilib
5 Noyabr 2026
Naxçıvan şəhərində “Qürur rəngləri” kvest oyunu keçiriləcək
6 Oktyabr 2026
Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi keçirilir
5 Oktyabr 2026
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovun iştirakı ilə hesabat konfransları k…
25 Sentyabr 2026
Naxçıvanda “Velo Fest” velosiped festivalı keçirilib
20 Sentyabr 2026
Lənkəranda “Şahin” hərbi-idman oyununun zona mərhələsi keçirilib
19 May 2026
Avropa çempionu Cəlilabad rayonunda böyük izdihamla qarşılanıb
19 May 2026
Pirallahı rayonunda gənc rəssamların iştirakı ilə BAKI - 2026 - “Dünya İdman Paytaxtı” çərçivəsində…
18 May 2026
Mingəçevir Dövlət Universitetində “I Yaşıl Kampus İdman Festivalı”: Sağlam həyat tərzi, ekoloji düş…
10 May 2026