Mərkəzin Ağstafa şəhəri, R.Alıcanov küçəsində istifadəyə verilməsi münasibəti ilə təşkil olunan mərasimdə Ağstafa RİH başçısı Seymur Orucov, müəssisənin məsul şəxsləri, şəhidlərimizin valideynləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasimdə çıxı edən Seymur Orucov qeyd edib ki, mənəvi-psixoloji sağlamlığın qorunmasında aktiv rol oynayan bu cür sosialyönümlü layihənin Ağstafada da uğurla icra olunması Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial müdafiəsinin gücləndirilməsi, onların təlim-tərbiyəsinin yüksək səviyyədə təşkili işinə böyük diqqətin göstəricisidir. Azərbaycan dövlətinin bu istiqamətdə atdığı addımlara böyük töhfələr verən Heydər Əliyev Fondunun təşəbbüsü ilə xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial müdafiəsi və reabilitasiyası, müasir infrastrukturların yaradılması üzrə məqsədyönlü işlər görülür.
“1 İnci” Psixoloji Nitq Mərkəzi”nin təsiscisi Musa Nəsibov, logoped-defektolog Xalidə Məhmanova müəssisənin fəaliyyət istiqamətləri haqqında məlumat verərək bildiriblər ki, mərkəz əsasən xüsusi qayğıya ehtiyacı olan uşaqlarla iş aparılır. Bununla yanaşı yaş həddi olmadan insanlara psixo-pedaqoji, loqopedik, psixoloji, müalicəvi idman, eləcə də digər yardımlar göstərilir. Mərkəz psixo-pedaqoq, psixoloq, müalicəvi idman mütəxəssisi və loqoaped olmaqla dörd ixtisas üzrə sakinlərə peşəkar xidmətlər göstərəcəkdir. Burada autizm, zəka yetərsizliyi, psixi inkişaf ləngiməsi, nitq ləngiməsi, ümumi inkişaf ləngiməsi, daun, serebral iflic, kəkələmə, afoziya və.s sahələr üzrə terapiyalar aparılır. Seanslar xüsusi tərtib olunmuş proqram əsasında həyata keçirilir.
Tədbir iştirakçıları mərkəzin yeni binası ilə yaxından tanış olub, orada yaradılan şəraiti yüksək qiymətləndiriblər.
Naxçıvanda tələbələrin gələcək perspektivləri və iş imkanları müzakirə edilib
13 Noyabr 2026
“Zəfər Gəncliyi Festivalı – Sədərək 2026” keçirilib
5 Noyabr 2026
Naxçıvan şəhərində “Qürur rəngləri” kvest oyunu keçiriləcək
6 Oktyabr 2026
Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi keçirilir
5 Oktyabr 2026
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovun iştirakı ilə hesabat konfransları k…
25 Sentyabr 2026
Naxçıvanda “Velo Fest” velosiped festivalı keçirilib
20 Sentyabr 2026
Lənkəranda “Şahin” hərbi-idman oyununun zona mərhələsi keçirilib
19 May 2026
Avropa çempionu Cəlilabad rayonunda böyük izdihamla qarşılanıb
19 May 2026
Pirallahı rayonunda gənc rəssamların iştirakı ilə BAKI - 2026 - “Dünya İdman Paytaxtı” çərçivəsində…
18 May 2026
Mingəçevir Dövlət Universitetində “I Yaşıl Kampus İdman Festivalı”: Sağlam həyat tərzi, ekoloji düş…
10 May 2026