Təhsil İdman Peşə İnnovasiya Karyera

Regional Fəaliyyət

Logo

“Hədəf-2026” təliminə qeydiyyat başladı

“Hədəf-2026” təliminə qeydiyyat başladı

Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi ilə Əlahiddə Ümumqoşun Ordunun birgə təşkilatçılığı ilə həyata keçirilən “Hədəf-2026” gənclərin atış təlimi üçün qeydiyyat açıq elan olunur.

Təlim proqramı çərçivəsində iştirakçıları aşağıdakılar gözləyir:

* Silahla davranışın nəzəri əsasları və təhlükəsizlik qaydaları

* Peşəkar hərbçilərin rəhbərliyi ilə praktiki atış məşqləri

* Yüksək nəticə göstərən iştirakçılara rəsmi diplomların təqdim edilməsi

İştirak şərtləri:

* Yaş həddi: 14–29

* İştirakçı sayı: 40 nəfər (seçim qeydiyyat ardıcıllığı və müəyyən kriteriyalar əsasında aparılacaq)

* Məhdudiyyət: Həqiqi hərbi xidmətdə olan şəxslər iştirak edə bilməz

* Toplanış yeri: "Naxçıvan" Mərkəzi Təlim Mərkəzi

Tədbirin vaxtı və məkanı:

Tarix: 21 aprel 2026

Saat: 10:00

Məkan: “Naxçıvan” Mərkəzi Təlim Mərkəzi

Qeydiyyat: https://shorturl.at/VBy8V

Əlaqə: 036 544 50 06


“Hədəf-2026” təliminə qeydiyyat başladı
20 Aprel 2026