Təhsil İdman Peşə İnnovasiya Karyera

Regional Fəaliyyət

Logo

“Rənglərdə yaşayan şəhərlər” rəsm müsabiqəsinə start verilir!

“Rənglərdə yaşayan şəhərlər” rəsm müsabiqəsinə start verilir!

“Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar yeniyetmələr və gənclər arasında “Xəyalındakı şəhərin rəsmini çək!” devizi ilə rəsm müsabiqəsinə start verildi. Müsabiqənin məqsədi yeniyetmə və gənclərin yaradıcılıq qabiliyyətlərini üzə çıxarmaq, onların şəhərlərimizə baxışını və gələcək şəhər təsəvvürlərini rəsm vasitəsilə ifadə etmələrinə imkan yaratmaqdır.

İştirak etmək istəyənlər öz rəsm əsərlərini 27 aprel 2026-cı il tarixədək çərçivəyə salınmış formada Naxçıvan MR Rəssamlar Birliyinə (Bəhruz Kəngərli adına Sərgi Salonu) təqdim etməlidirlər.

İştirakçı kateqoriyaları:

• I qrup: 14–18 yaş

• II qrup: 19–29 yaş

Müsabiqə şərtləri:

• Texnika: akvarel, quaş, yağlı boya və ya qrafika

• Əsər sayı: maksimum 3 (daha öncə nümayiş olunmamış)

• Tərtibat: əsərin arxa hissəsində müəllifin adı, soyadı, təvəllüdü və əlaqə nömrəsi qeyd olunmalıdır.

Sərgi və mükafatlandırma mərasimi: 4 may 2026-cı il, saat 15:00

Məkan: Bəhruz Kəngərli adına Sərgi Salonu

Mükafatlar: Qaliblər diplom, fəxri fərman və hədiyyələrlə təltif olunacaqlar.


“Rənglərdə yaşayan şəhərlər” rəsm müsabiqəsinə start verilir!
16 Aprel 2026