Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında futzal üzrə birinciliyə start verilib. Turnirin oyunları Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən Naxçıvan Hərbi Kollecində (NHK) keçirilir. Yarışda ümumilikdə 7 komanda mübarizə aparır.
Reqlamentə əsasən, birincilik dairəvi sistem üzrə 7 turdan ibarətdir. İlkin mərhələnin yekununda turnir cədvəlində ilk dördlükdə qərarlaşan komandalar yarımfinal mərhələsinə vəsiqə qazanacaqlar. Daha sonra keçiriləcək final və üçüncülük oyunları ilə qalib və mükafatçılar müəyyənləşəcək.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Naxçıvan Hərbi Kollecinin dəstəyi ilə təşkil olunan turnirin məqsədi tələbələr arasında sağlam həyat tərzinin təbliği, futzal idman növünə marağın artırılması, komandalar arasında dostluq münasibətlərinin möhkəmləndirilməsi və istedadlı idmançıların üzə çıxarılmasıdır.
Yarışın ilk turunda aşağıdakı nəticələr qeydə alınıb:
Naxçıvan Müəllimlər İnstitutu – Hərbi Lisey 7:4
Naxçıvan Musiqi Kolleci – Naxçıvan Tibb Kolleci 1:7
Naxçıvan Dövlət Texniki Kolleci – Naxçıvan Dövlət Universiteti 1:12
Naxçıvanda tələbələrin gələcək perspektivləri və iş imkanları müzakirə edilib
13 Noyabr 2026
“Zəfər Gəncliyi Festivalı – Sədərək 2026” keçirilib
5 Noyabr 2026
Naxçıvan şəhərində “Qürur rəngləri” kvest oyunu keçiriləcək
6 Oktyabr 2026
Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi keçirilir
5 Oktyabr 2026
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovun iştirakı ilə hesabat konfransları k…
25 Sentyabr 2026
Naxçıvanda “Velo Fest” velosiped festivalı keçirilib
20 Sentyabr 2026
Lənkəranda “Şahin” hərbi-idman oyununun zona mərhələsi keçirilib
19 May 2026
Avropa çempionu Cəlilabad rayonunda böyük izdihamla qarşılanıb
19 May 2026
Pirallahı rayonunda gənc rəssamların iştirakı ilə BAKI - 2026 - “Dünya İdman Paytaxtı” çərçivəsində…
18 May 2026
Mingəçevir Dövlət Universitetində “I Yaşıl Kampus İdman Festivalı”: Sağlam həyat tərzi, ekoloji düş…
10 May 2026