Mingəçevir şəhərindəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində Gənclər və İdman Nazirliyi və Azərbaycan Üzgüçülük Federasiyasının təşkilatçılığı ilə “Üzməyi öyrənək” layihəsi çərçivəsində fəaliyyət göstərəcək məşqçilər üçün seminar keçirilib. Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi İlham Əliyev adına Olimpiya İdman Kompleksinin əməkdaşı Cəmaləddin Tağıyevin seminarda iştirakını təmin edib.
Aprelin 8-dən 10-dək davam edən təlim proqramını uğurla başa vuran məşqçilər layihə çərçivəsində eyni metodologiya əsasında məktəblilərə üzgüçülük dərsləri keçəcəklər. Bu yanaşma ölkə üzrə vahid üzgüçülük tədrisi modelinin formalaşdırılmasına və mütəxəssislər arasında ortaq metodiki yanaşmanın tətbiqinə xidmət edir.
Qeyd edək ki, respublikanın müxtəlif bölgələrini təmsil edən 58 məşqçinin iştirakı ilə keçirilən seminarı üzgüçülük üzrə Azərbaycan milli komandasının baş məşqçisi, isveçrəli mütəxəssis Luka Qabrilo aparıb. Təlimi uğurla başa vuran məqçilərə sertifikatlar təqdim olunub.
Naxçıvanda tələbələrin gələcək perspektivləri və iş imkanları müzakirə edilib
13 Noyabr 2026
“Zəfər Gəncliyi Festivalı – Sədərək 2026” keçirilib
5 Noyabr 2026
Naxçıvan şəhərində “Qürur rəngləri” kvest oyunu keçiriləcək
6 Oktyabr 2026
Naxçıvan 2050: Süni intellektlə yaradılan memarlıq nümunələri” müsabiqəsi keçirilir
5 Oktyabr 2026
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovun iştirakı ilə hesabat konfransları k…
25 Sentyabr 2026
Naxçıvanda “Velo Fest” velosiped festivalı keçirilib
20 Sentyabr 2026
Lənkəranda “Şahin” hərbi-idman oyununun zona mərhələsi keçirilib
19 May 2026
Avropa çempionu Cəlilabad rayonunda böyük izdihamla qarşılanıb
19 May 2026
Pirallahı rayonunda gənc rəssamların iştirakı ilə BAKI - 2026 - “Dünya İdman Paytaxtı” çərçivəsində…
18 May 2026
Mingəçevir Dövlət Universitetində “I Yaşıl Kampus İdman Festivalı”: Sağlam həyat tərzi, ekoloji düş…
10 May 2026