Təhsil İdman Peşə İnnovasiya Karyera

Regional Fəaliyyət

Logo

Naxçıvanın "Möminə Xatun" komandası ölkə birinciliyində üçüncü olub

Naxçıvanın "Möminə Xatun" komandası ölkə birinciliyində üçüncü olub

Bakı şəhərində 18 yaşadək oğlan və qız voleybolçular arasında Azərbaycan birinciliyi keçirilib. Yarışda Naxçıvan Muxtar Respublikasını iki komanda – oğlanlarda “Naxçıvan”, qızlarda isə “Möminə Xatun” təmsil edib.

Oğlanların mübarizəsində “Naxçıvan” komandası pley-off mərhələsində çıxışını başa vurub. Komanda gərgin keçən oyunda “Murov Az Terminal”a 2:3 (18:25, 23:25, 25:21, 25:21, 16:18) hesabı ilə məğlub olub.

Qızların yarışında isə “Möminə Xatun” komandası uğurlu çıxışı ilə diqqət çəkib. Pley-off mərhələsində “Oğuz RVK” üzərində 3:1 (25:21, 25:11, 20:25, 25:18) hesablı qələbə qazanan komanda yarımfinala yüksəlib. Yarımfinal görüşündə Milli Aviasiya Akademiyasına 1:3 (30:28, 24:26, 21:25, 16:25) hesabı ilə uduzan təmsilçimiz üçüncü yer uğrunda mübarizəyə qatılıb. Bürünc medal uğrunda keçirilən qarşılaşmada “Möminə Xatun” voleybolçuları yenidən “Oğuz RVK” ilə üz-üzə gəlib və rəqibini 3:0 (25:14, 25:20, 25:15) hesabı ilə məğlub edərək Azərbaycan birinciliyinin bürünc medallarına sahib çıxıblar.


Naxçıvanın "Möminə Xatun" komandası ölkə birinciliyində üçüncü olub Naxçıvanın "Möminə Xatun" komandası ölkə birinciliyində üçüncü olub Naxçıvanın "Möminə Xatun" komandası ölkə birinciliyində üçüncü olub
5 Aprel 2026