Təhsil İdman Peşə İnnovasiya Karyera

Regional Fəaliyyət

Logo

“Start Fizika” qrant layihəsi çərçivəsində  sınaq imtahanı keçirilib

“Start Fizika” qrant layihəsi çərçivəsində  sınaq imtahanı keçirilib

Sınaq imtahanı şagirdlərin fizika fənni üzrə mənimsədikləri mövzuları nə dərəcədə anladıqlarını, məntiqi düşünmə və tətbiqi problem həll etmə bacarıqlarını yoxlamağa yönəlib. Qiymətləndirmə prosesi test tapşırıqları əsasında aparılıb və nəticələr şagirdlərin mövcud bilik səviyyəsinin müəyyənləşdirilməsinə, eyni zamanda təlimlərin effektivliyinin dəyərləndirilməsinə imkan yaradıb.

Qeyd edək ki, sınaq imtahanı “Start Fizika” layihəsi çərçivəsində tədris prosesinin mərhələli şəkildə izlənməsi, şagirdlərin inkişaf dinamikasının müəyyən olunması və növbəti təlimlərin daha məqsədyönlü planlaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Xatırladaq ki, layihə Ağdaş rayonu Y. İsmayılov adına Güvəkənd kənd tam orta məktəbinin fizika müəllimi Nərmin Nərimanlı tərəfindən həyata keçirilir. Təşəbbüs şagirdlərdə elmi düşüncə, araşdırma bacarığı və təcrübəyə əsaslanan öyrənmə motivasiyasının formalaşdırılmasını hədəfləyir.


“Start Fizika” qrant layihəsi çərçivəsində  sınaq imtahanı keçirilib “Start Fizika” qrant layihəsi çərçivəsində  sınaq imtahanı keçirilib “Start Fizika” qrant layihəsi çərçivəsində  sınaq imtahanı keçirilib
11 Fevral 2026