Təhsil İdman Peşə İnnovasiya Karyera

Regional Fəaliyyət

Logo

“Start Fizika” qrant layihəsi çərçivəsində açılış tədbiri baş tutub

“Start Fizika” qrant layihəsi çərçivəsində açılış tədbiri baş tutub

Layihə çərçivəsində şagirdlərin elmi təfəkkürünün inkişafı, fizika fənninə marağın artırılması və tətbiqi təcrübə əsasında öyrənmə bacarıqlarının gücləndirilməsi nəzərdə tutulur. Proqram şagirdlərin gündəlik həyatda fizikanın rolunu dərk etməsinə, müşahidə və təhlil qabiliyyətlərini inkişaf etdirməsinə, həmçinin təcrübələr vasitəsilə anlayışları daha dərindən mənimsəməsinə imkan yaradacaq. Təşkil olunacaq fəaliyyətlər şagirdlərdə araşdırma vərdişlərini stimullaşdıracaq və elmi istiqamətlərə marağı gücləndirəcək.

Açılışda Mərkəzi Aran Regional Təhsil İdarəsinin Ağdaş rayonu üzrə Təhsil Sektorunun müdiri Rüstəm Aslanov, layihənin eksperti Etiram Sadıqzadə, məktəb direktorları və təhsil ictimaiyyətinin nümayəndələri çıxış edərək layihənin bölgədə elmi biliklərin tətbiqi baxımından mühüm rol oynayacağını vurğulayıblar. Bildirilib ki, “Start Fizika” məktəblilərin fizika fənninə yanaşma tərzini yeniləyərək onların praktiki öyrənmə imkanlarını genişləndirəcək.

Xatırladaq ki, layihə Ağdaş rayonu Y. İsmayılov adına Güvəkənd kənd tam orta məktəbinin fizika müəllimi Nərmin Nərimanlı tərəfindən həyata keçirilir. Təşəbbüs şagirdlərdə elmi düşüncə, araşdırma bacarığı və təcrübəyə əsaslanan öyrənmə motivasiyasının formalaşdırılmasını hədəfləyir.


“Start Fizika” qrant layihəsi çərçivəsində açılış tədbiri baş tutub “Start Fizika” qrant layihəsi çərçivəsində açılış tədbiri baş tutub “Start Fizika” qrant layihəsi çərçivəsində açılış tədbiri baş tutub “Start Fizika” qrant layihəsi çərçivəsində açılış tədbiri baş tutub
24 Noyabr 2025