Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə çıxışı zamanı Azərbaycanın görkəmli idmançılarının azad edilmiş torpaqlara müntəzəm səfərləri gənclər üçün də, uşaqlar üçün də böyük hadisə olacağını qeyd etmişdi. Dövlətimizin başçısının bu çağırışına səs verən idman ictimaiyyəti nümayəndələrinin Gənclər və İdman Nazirliyinin təşəbbüsü və dəstəyi ilə həmin bölgələrə səfərləri davam edir.
Avqustun 23-24-də Azərbaycanın cüdo üzrə Olimpiya çempionları Elnur Məmmədli, Hidayət Heydərov və Zelim Kotsoyev Xankəndi, Şuşa, Laçın və Füzuli şəhərlərinə səfər ediblər.
İdmançılar əvvəlcə Xankəndidə Qarabağ Universitetini ziyarət edərək ali təhsil ocağının yaranma tarixi və fəaliyyəti barədə məlumat alıblar. Daha sonra Xankəndi stadionuna baş çəkib görülən tikinti işlərini izləyiblər. Olimpiya çempionlarımız Şuşa şəhərinə səfər zamanı sakinlər və məktəblilərlə görüşüb, Cıdır düzünü və Şuşa qalasını ziyarət edib, gənclərlə səmimi söhbət aparıb, onlara imzalı şəkillər hədiyyə ediblər.
Səfərin ikinci günü Olimpiya çempionları Laçın şəhərinin Seyrangah ərazisində məktəblilərlə, ardınca Həkəri çayı sahilində gənc idmançılarla görüşüblər.
Səfər çərçivəsində idmançılar Füzuli şəhərindəki 1 nömrəli məktəbdə də olublar. Məktəbin idman zalı ilə tanışlıqdan sonra məktəblilərlə görüş keçirilib, onlar arasında viktorina və müxtəlif yarışmalar təşkil edilib.
Tələbələr arasında stolüstü tennis yarışı keçirilib
16 Noyabr 2026
AFFA UEFA Millətlər Liqasının Ermənistan-Kipr oyununda baş verən insidentlə bağlı UEFA-ya rəsmi eti…
13 Noyabr 2026
Bakı “SportAccord Convention 2027”yə ev sahibliyi edəcək
13 Noyabr 2026
Şərur Olimpiya İdman Kompleksində təmir işləri yekunlaşıb
13 Noyabr 2026
Məktəblilər üçün atletika təlimlərinə start veriləcək
10 Noyabr 2026
“ExpoSport Azerbaijan” sərgisi
10 Noyabr 2026
AFFA ilə klubların akademiya rəhbərləri arasında görüş keçirilib
31 Oktyabr 2026
Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və fl…
27 Oktyabr 2026
Bədii gimnastika üzrə “Ocaq Cup” beynəlxalq turniri
23 Oktyabr 2026
Naxçıvanda karateçilərin açıq hava məşqi təşkil olunub
23 Oktyabr 2026