Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən əhalinin, xüsusilə gənclərin sağlam həyat tərzinə cəlb olunması və asudə vaxtının səmərəli təşkili, ümumilikdə idmanın inkişafı istiqamətində davamlı işlər həyata keçirilir. Bölgələrdə idman infrastrukturunun gücləndirilməsi də bu məqsədə xidmət edir.
Görülən işlərin davamı olaraq 2027-ci ildə muxtar respublikanın 7 yaşayış məntəqəsində minifutbol meydançalarının yaradılması nəzərdə tutulur. Layihə Kəngərli rayonunun Xok, Babək rayonunun Cəhri qəsəbəsi, Ordubad rayonunun Azadkənd, Şərur rayonunun Cəlilkənd, Sədərək rayonunun Sədərək, Culfa rayonunun Yaycı və Əbrəqunus kəndlərini əhatə edir.
24 avqust 2026-cı il tarixdə “AZSUR GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağlanmış satınalma müqaviləsinə əsasən hazırda həmin ərazilərə baxış keçirilir və meydançaların layihələndirilməsi işləri aparılır. Layihələndirmə işlərinin 2027-ci ilin yanvar ayında başa çatdırılması nəzərdə tutulur.
Hər bir minifutbol meydançasının oyun sahəsi 40x20 metr, ümumi ölçüsü isə 42x22 metr olacaq. Süni ot örtüklü oyun sahəsi metal konstruksiyalı hasarla əhatə olunacaq və meydançanın üzəri torla örtüləcək.
Yeni minifutbol meydançalarının yaradılması bölgələrdə əhalinin idmanla məşğul olması üçün əlverişli şəraitin genişləndirilməsinə, xüsusilə uşaqların və gənclərin müntəzəm fiziki aktivliyə cəlb olunmasına imkan verəcək.
Tələbələr arasında stolüstü tennis yarışı keçirilib
16 Noyabr 2026
AFFA UEFA Millətlər Liqasının Ermənistan-Kipr oyununda baş verən insidentlə bağlı UEFA-ya rəsmi eti…
13 Noyabr 2026
Bakı “SportAccord Convention 2027”yə ev sahibliyi edəcək
13 Noyabr 2026
Şərur Olimpiya İdman Kompleksində təmir işləri yekunlaşıb
13 Noyabr 2026
Məktəblilər üçün atletika təlimlərinə start veriləcək
10 Noyabr 2026
“ExpoSport Azerbaijan” sərgisi
10 Noyabr 2026
AFFA ilə klubların akademiya rəhbərləri arasında görüş keçirilib
31 Oktyabr 2026
Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və fl…
27 Oktyabr 2026
Bədii gimnastika üzrə “Ocaq Cup” beynəlxalq turniri
23 Oktyabr 2026
Naxçıvanda karateçilərin açıq hava məşqi təşkil olunub
23 Oktyabr 2026