Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə açıq suda ənənəvi kütləvi üzmə yarışı keçirilib.
“Qafqazinfo” xəbər verir ki, Mingəçevir şəhərində, Kür çayının iki sahili arasında baş tutmuş “Kürü keçək?!” adlı yarışda 12-17, 18-23, 24-35, 36-55, 56-70 və 70+ yaş kateqoriyaları üzrə 250-dən çox üzgüçü medallar uğrunda mübarizə aparıb. Yarışda mübarizə aparanlar sırasında gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Zaur Əliyev, vitse-prezidenti Xaliq İldırımzadə, həmçinin İcraiyyə Komitəsinin üzvləri Mark Koqanov və Azər Babayev də yer alıb.
Maraqlı mübarizə şəraitində keçən yarışın qalibləri aşağıdakı iştirakçılar olublar:
12-17 yaş (qızlar)
1. Anastasiya Qnussina
2. Zəhra Cavadzadə
3. Anastasiya Boborıkina
12-17 yaş (oğlanlar)
1. Süleyman İsmayılzadə
2. Oqtay Hüseynov
3. Əli Rzazadə
18-23 yaş (qızlar)
1. Leyla Abduləzizova
2. Milana Xəlilova
3. İlkanə Mirzəyeva
18-23 yaş (oğlanlar)
1. Tural Atakişiyev
2. Hüseyn Məmmədov
3. Cəmil İmanov
24-35 yaş (qızlar)
1. Tubu Abdulzadə
2. Gültəkin Kərimova
3. Mələkxanım Əhmədzadə
24-35 yaş (oğlanlar)
1. Cəfər Məmmədov
2. Hüseyn İsmayıllı
3. Ruslan Hətəmxanov
36-55 yaş (qadınlar)
1. Yelena Dubentsova
2. Yevgeniya Kzemanovska
3. Yuliya Kuzmina
36-55 yaş (kişilər)
1. Serdar İnan
2. Denis Novatorjin
3. Roman Vladıka
56-70 yaş (qadınlar)
1. Yelena Timçenko
56-70 yaş (kişilər)
1. Pyotr Kuvşınov
2. Mark Koqanov
3. Azər Babayev
70 yaşdan yuxarı (qadınlar)
1. Veronika Novotorina
70 yaşdan yuxarı (kişilər)
1. Vaqif Nəsibov
2. Akif Qaryağdı
Yarışın sonunda qaliblər mükafatlandırıb. Mükafatları gənclər və idman naziri Fərid Qayıbov, İdman şöbəsinin müdiri Elnur Məmmədov, ASF-nin prezidenti Zaur Əliyev və vitse-prezidenti Xaliq İldırımzadə təqdim ediblər.
Xatırladaq ki, bu il “Kürü keçək?!” yarışı Azərbaycan Ordusunun rəşadətli Zəfərinin 5 illiyinə həsr olunub.
Tələbələr arasında stolüstü tennis yarışı keçirilib
16 Noyabr 2026
AFFA UEFA Millətlər Liqasının Ermənistan-Kipr oyununda baş verən insidentlə bağlı UEFA-ya rəsmi eti…
13 Noyabr 2026
Bakı “SportAccord Convention 2027”yə ev sahibliyi edəcək
13 Noyabr 2026
Şərur Olimpiya İdman Kompleksində təmir işləri yekunlaşıb
13 Noyabr 2026
Məktəblilər üçün atletika təlimlərinə start veriləcək
10 Noyabr 2026
“ExpoSport Azerbaijan” sərgisi
10 Noyabr 2026
AFFA ilə klubların akademiya rəhbərləri arasında görüş keçirilib
31 Oktyabr 2026
Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və fl…
27 Oktyabr 2026
Bədii gimnastika üzrə “Ocaq Cup” beynəlxalq turniri
23 Oktyabr 2026
Naxçıvanda karateçilərin açıq hava məşqi təşkil olunub
23 Oktyabr 2026