Təhsil İdman Peşə İnnovasiya Karyera

İdman

Logo

GƏNCƏDƏ III MDB OYUNLARININ RƏSMİ GERİ SAYIM MƏRASİMİ KEÇİRİLİB

GƏNCƏDƏ III MDB OYUNLARININ RƏSMİ GERİ SAYIM MƏRASİMİ KEÇİRİLİB

Gəncədə III MDB Oyunlarının rəsmi geri sayım mərasimi keçirilib. Tədbirdə gənclər və idman naziri, Oyunların Təşkilat Komitəsinin sədr müavini Fərid Qayıbov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının müavini Adil Tağıyev çıxış ediblər.

 

Mərasim çərçivəsində geniş ictimaiyyətə III MDB Oyunlarının rəsmi talismanları – Bəbir və Leyla təqdim olunub. Tədbirin əsas məqamı xüsusi quraşdırılmış stendlərdə geri sayım saatlarının işə salınması olub. Bayram proqramı populyar ifaçılar Emiliya Yaqubova və Çingiz Mustafayevin iştirakı ilə maraqlı konsertlə davam edib.

 

III MDB Oyunları 28 sentyabr – 8 oktyabr tarixlərində Azərbaycanın yeddi şəhərində – Gəncə, Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndidə keçiriləcək. Açılış və bağlanış mərasimləri isə Gəncə şəhər stadionunda təşkil olunacaq.


GƏNCƏDƏ III MDB OYUNLARININ RƏSMİ GERİ SAYIM MƏRASİMİ KEÇİRİLİB GƏNCƏDƏ III MDB OYUNLARININ RƏSMİ GERİ SAYIM MƏRASİMİ KEÇİRİLİB GƏNCƏDƏ III MDB OYUNLARININ RƏSMİ GERİ SAYIM MƏRASİMİ KEÇİRİLİB GƏNCƏDƏ III MDB OYUNLARININ RƏSMİ GERİ SAYIM MƏRASİMİ KEÇİRİLİB
1 Sentyabr 2025