Təhsil İdman Peşə İnnovasiya Karyera

İdman

Logo

AVARÇƏKMƏ ÜZRƏ AZƏRBAYCAN ÇEMPİONATI BAŞA ÇATIB

AVARÇƏKMƏ ÜZRƏ AZƏRBAYCAN ÇEMPİONATI BAŞA ÇATIB

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı əsasında keçirilən avarçəkmə üzrə Azərbaycan çempionatına yekun vurulub. Avarçəkənlər turnirin ikinci günündə akademik, kayak və kanoe növlərində 7 dəst medal uğrunda mübarizə aparıblar. 


Qaliblər diplom və medallarla mükafatlandırılıblar.  Yarışda fərqlənən avarçəkənlər sentyabr və oktyabrda ölkəmizdə keçiriləcək MDB Oyunlarında mübarizə aparacaqlar. 


Xatırladaq ki, MDB Oyunlarında  avarçəkmə yarışları “Kür” Olimpiya Tədris-İdman Mərkəzində baş tutacaq. Azərbaycan çempionatı həm də MDB oyunlarına hazırlıq və test xarakteri daşıyıb.

 

Azərbaycan çempionatında ikinci günün NƏTİCƏLƏRİ


AVARÇƏKMƏ ÜZRƏ AZƏRBAYCAN ÇEMPİONATI BAŞA ÇATIB
3 Sentyabr 2025