Sentyabrın 6-da Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Klubunda taekvondo üzrə ənənəvi “Koreya səfiri kuboku” keçirilib. Turnirdə 35 klubu təmsil edən 2008, 2009 və 2010-cu il təvəllüdlü 145 gənc idmançı olimpiya çəki dərəcələri üzrə mübarizə aparıb.
Yarışın açılış mərasimində Koreyanın ölkəmizdəki Fövqəladə və Səlahiyyətli Səfiri Kanq Kımqu, Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Hikmət Səmədov çıxış ediblər. Rəsmi çıxışlardan sonra turnir açıq elan olunub. Yarışın bədii hissəsində Azərbaycan Taekvondo Federasiyasının nümunəvi çıxış komandasının (demo team) üzvləri rəngarəng çıxış proqramı nümayiş etdiriblər.
Daha sonra final qarşılaşmalarına start verilib. Ümumi komanda hesabında “Fərasət” TK komandası birinci olub. “Absheron-Xızı” və “Qafqaz” TK komandaları müvafiq olaraq ikinci və üçüncü yerlərə layiq görülüblər.
Tələbələr arasında stolüstü tennis yarışı keçirilib
16 Noyabr 2026
AFFA UEFA Millətlər Liqasının Ermənistan-Kipr oyununda baş verən insidentlə bağlı UEFA-ya rəsmi eti…
13 Noyabr 2026
Bakı “SportAccord Convention 2027”yə ev sahibliyi edəcək
13 Noyabr 2026
Şərur Olimpiya İdman Kompleksində təmir işləri yekunlaşıb
13 Noyabr 2026
Məktəblilər üçün atletika təlimlərinə start veriləcək
10 Noyabr 2026
“ExpoSport Azerbaijan” sərgisi
10 Noyabr 2026
AFFA ilə klubların akademiya rəhbərləri arasında görüş keçirilib
31 Oktyabr 2026
Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və fl…
27 Oktyabr 2026
Bədii gimnastika üzrə “Ocaq Cup” beynəlxalq turniri
23 Oktyabr 2026
Naxçıvanda karateçilərin açıq hava məşqi təşkil olunub
23 Oktyabr 2026