Təhsil İdman Peşə İnnovasiya Karyera

İdman

Logo

DÖVLƏT QURUMLARININ ƏMƏKDAŞLARI ARASINDA VELOSİPED YARIŞI KEÇİRİLİB

DÖVLƏT QURUMLARININ ƏMƏKDAŞLARI ARASINDA VELOSİPED YARIŞI KEÇİRİLİB

“Konstitusiya və Suverenlik İli” çərçivəsində Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında velosiped yarışı keçirilib. Veloparkda təşkil olunan yarışda 11 dövlət qurumunun nümayəndəsi iştirak edib.

Qadınlar arasında Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşı Leyla Əliyeva bütün rəqiblərini qabaqlayaraq yarışın qalibi olub. Liliya Xametova (SOCAR) ikinci, Arzu Nəbiyeva (Azərbaycan Dəmir Yolları) isə üçüncü yeri tutublar. Kişilər arasında Cəlal Süleymanov (FHN) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Cavid Xəlilov (FHN) və Ceyhun Məhərrəmli (SOCAR) müvafiq olaraq ikinci və üçüncü yerlərə layiq görülüblər.

 


DÖVLƏT QURUMLARININ ƏMƏKDAŞLARI ARASINDA VELOSİPED YARIŞI KEÇİRİLİB DÖVLƏT QURUMLARININ ƏMƏKDAŞLARI ARASINDA VELOSİPED YARIŞI KEÇİRİLİB DÖVLƏT QURUMLARININ ƏMƏKDAŞLARI ARASINDA VELOSİPED YARIŞI KEÇİRİLİB DÖVLƏT QURUMLARININ ƏMƏKDAŞLARI ARASINDA VELOSİPED YARIŞI KEÇİRİLİB DÖVLƏT QURUMLARININ ƏMƏKDAŞLARI ARASINDA VELOSİPED YARIŞI KEÇİRİLİB DÖVLƏT QURUMLARININ ƏMƏKDAŞLARI ARASINDA VELOSİPED YARIŞI KEÇİRİLİB
7 Sentyabr 2025