San Marinoda bədii gimnastika üzrə beynəlxalq turnir keçirilib.
Yarışda ölkəmizi böyüklər yaş kateqoriyası üzrə İlona Zeynalova, Gövhər İbrahimova, Zəhra Cəfərova, gənclər yaş kateqoriyasında Şəms Ağahüseynova və Azadə Atakişiyeva təmsil ediblər. Gimnastlarımız uğurla çıxış edərək ümumilikdə 7 medal qazanıblar.
Birinci final günündə çoxnövçülük proqramında Azadə Atakişiyeva (93.884 xal) və Zəhra Cəfərova (97.650 xal) bürünc medal əldə ediblər. İkinci final günündə isə gimnastlarımız bizə 5 medal sevinci yaşadıblar. Şəms Ağahüseynova top (23.917 xal) və lent (24.133 xal) proqramlarında qızıl medal qazanıb. Azadə Atakişiyeva gürzlərlə (25.000 xal) proqramda qızıl, halqa (24.167 xal) proqramında isə gümüş medal əldə edib. Gövhər İbrahimova isə gürzlərlə (25.567 xal) proqramda bürünc medalın sahibi olub.
Tələbələr arasında stolüstü tennis yarışı keçirilib
16 Noyabr 2026
AFFA UEFA Millətlər Liqasının Ermənistan-Kipr oyununda baş verən insidentlə bağlı UEFA-ya rəsmi eti…
13 Noyabr 2026
Bakı “SportAccord Convention 2027”yə ev sahibliyi edəcək
13 Noyabr 2026
Şərur Olimpiya İdman Kompleksində təmir işləri yekunlaşıb
13 Noyabr 2026
Məktəblilər üçün atletika təlimlərinə start veriləcək
10 Noyabr 2026
“ExpoSport Azerbaijan” sərgisi
10 Noyabr 2026
AFFA ilə klubların akademiya rəhbərləri arasında görüş keçirilib
31 Oktyabr 2026
Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və fl…
27 Oktyabr 2026
Bədii gimnastika üzrə “Ocaq Cup” beynəlxalq turniri
23 Oktyabr 2026
Naxçıvanda karateçilərin açıq hava məşqi təşkil olunub
23 Oktyabr 2026