Sentyabrın 11-də Şarja Hökumət Media Bürosu tərəfindən təqdim olunan 12-ci Şarja Hökumət Kommunikasiyası Mükafatının (SGCA 2025) qalibləri elan ediləcək. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi də beynəlxalq mükafatın nominantları arasında finala yüksəlib. Qeyd edək ki, Ali Münsiflər Heyətinin qiymətləndirməsindən sonra ilkin mərhələdə 37 ölkədən 600-dən çox namizəd arasından 170-i seçilib. Ardınca final mərhələsinə 23 kateqoriya üzrə vəsiqə qazanan 74 namizəd arasında Gənclər və İdman Nazirliyi də yer alıb.
Nazirlik “Gənclərə hədəflənmiş ən yaxşı kommunikasiya — Gəncləri və yeni layihələri dəstəkləyən ən yaxşı kommunikasiya proqramı” kateqoriyasında nominantlar arasındadır. Builki mövzusu “Həyat keyfiyyəti üçün kommunikasiya” olan mükafatın qaliblərinin adları Şarjada keçiriləcək 14-cü Beynəlxalq Hökumət Kommunikasiyası Forumunun (IGCF 2025) bağlanış mərasimində elan ediləcək.
Tələbələr arasında stolüstü tennis yarışı keçirilib
16 Noyabr 2026
AFFA UEFA Millətlər Liqasının Ermənistan-Kipr oyununda baş verən insidentlə bağlı UEFA-ya rəsmi eti…
13 Noyabr 2026
Bakı “SportAccord Convention 2027”yə ev sahibliyi edəcək
13 Noyabr 2026
Şərur Olimpiya İdman Kompleksində təmir işləri yekunlaşıb
13 Noyabr 2026
Məktəblilər üçün atletika təlimlərinə start veriləcək
10 Noyabr 2026
“ExpoSport Azerbaijan” sərgisi
10 Noyabr 2026
AFFA ilə klubların akademiya rəhbərləri arasında görüş keçirilib
31 Oktyabr 2026
Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və fl…
27 Oktyabr 2026
Bədii gimnastika üzrə “Ocaq Cup” beynəlxalq turniri
23 Oktyabr 2026
Naxçıvanda karateçilərin açıq hava məşqi təşkil olunub
23 Oktyabr 2026