Təhsil İdman Peşə İnnovasiya Karyera

İdman

Logo

AİRBADMİNTON ÜZRƏ AVROPA ÇEMPİONATINDA KOMANDA YARIŞINA YEKUN VURULUB

AİRBADMİNTON ÜZRƏ AVROPA ÇEMPİONATINDA KOMANDA YARIŞINA YEKUN VURULUB

Bakıda keçirilən airbadminton üzrə Avropa çempionatında komanda yarışına yekun vurulub. Final qarşılaşmasında Azərbaycan və Almaniya milliləri üz-üzə gəlib. Gərgin mübarizədə yığmamız 49:60 hesabı ilə məğlub olaraq Avropa ikincisi adını qazanıb.

 

Bu nəticə ilə Azərbaycan millisi 11–14 dekabrda Birləşmiş Ərəb Əmirliklərinin Şarca şəhərində təşkil olunacaq dünya çempionatında iştirak hüququ əldə edib.

 

Dünya çempionatında Avropanı ölkəmizlə yanaşı, son çempion Almaniya və qitə birinciliyində üçüncü yeri tutan Bolqarıstan təmsil edəcək.


AİRBADMİNTON ÜZRƏ AVROPA ÇEMPİONATINDA KOMANDA YARIŞINA YEKUN VURULUB
9 Sentyabr 2025