Sentyabrın 6-7-də Şüvəlan Ağırlıqqaldırma Mərkəzində pauerliftinq və benç-press idman növləri üzrə ölkə kuboku keçirilib. Yarışda ölkəmizin müxtəlif şəhər və regionlarından 80-dən çox idmançı iştirak edib. İki gün davam edən yarış Beynəlxalq Pauerliftinq Federasiyasının (IPF) qaydalarına uyğun şəkildə təşkil olunub. Yarış zamanı iştirakçılar çəki dərəcələrinə uyğun olaraq və həmçinin mütləq çəki dərəcəsində mübarizə aparıblar.
Pauerliftinq, mütləq çəki dərəcəsi üzrə qaliblər:
1-ci yer – Kamran Bədəlov (Bakı)
2-ci yer – Osman Allahverdiyev (Cəbrayıl)
3-cü yer – Ramin Süleymanzadə (Bakı)
Pauerliftinq, gənclər arasında mütləq çəki dərəcəsi üzrə qaliblər:
1-ci yer – Rəşid Rzayev (Bakı)
2-ci yer – İsmayıl Məmmədov (Bakı)
3-cü yer – Hüseyn Həsənov (Bakı)
Benç-press, mütləq çəki dərəcəsi üzrə qaliblər:
1-ci yer – Tural Orucov (Bakı)
2-ci yer – Abbas Muradov (Gəncə)
3-cü yer – Azər Əliyev (Bakı)
Benç-press, gənclər arasında mütləq çəki dərəcəsi üzrə qaliblər:
1-ci yer – İlkin Vəliyev (Bakı)
2-ci yer – Cabbar Hacıyev (Ağcabədi)
3-cü yer – Məhdi Muradlı (Bakı)
Tələbələr arasında stolüstü tennis yarışı keçirilib
16 Noyabr 2026
AFFA UEFA Millətlər Liqasının Ermənistan-Kipr oyununda baş verən insidentlə bağlı UEFA-ya rəsmi eti…
13 Noyabr 2026
Bakı “SportAccord Convention 2027”yə ev sahibliyi edəcək
13 Noyabr 2026
Şərur Olimpiya İdman Kompleksində təmir işləri yekunlaşıb
13 Noyabr 2026
Məktəblilər üçün atletika təlimlərinə start veriləcək
10 Noyabr 2026
“ExpoSport Azerbaijan” sərgisi
10 Noyabr 2026
AFFA ilə klubların akademiya rəhbərləri arasında görüş keçirilib
31 Oktyabr 2026
Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və fl…
27 Oktyabr 2026
Bədii gimnastika üzrə “Ocaq Cup” beynəlxalq turniri
23 Oktyabr 2026
Naxçıvanda karateçilərin açıq hava məşqi təşkil olunub
23 Oktyabr 2026