Təhsil İdman Peşə İnnovasiya Karyera

İdman

Logo

FORMULA 1 AZƏRBAYCAN QRAN-PRİSİ 2025-İN STARTINA SAYILI GÜNLƏR QALIR

FORMULA 1 AZƏRBAYCAN QRAN-PRİSİ 2025-İN STARTINA SAYILI GÜNLƏR QALIR

Sentyabrın 19-21-də Bakıda keçiriləcək Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi 2025-in startına sayılı günlər qalır.

 

Yarış günlərində 12 mindən çox xarici turistin Bakıya gələcəyi gözlənilir. Rəsmi statistikaya əsasən, ötən il tamaşaçıların 80 faizindən çoxunu əcnəbilər təşkil edib. 2024-cü ildə Azərbaycan Qran-Prisini canlı izləyənlərin sayı 86 milyon nəfəri, müxtəlif platformalarda yarışla maraqlananların sayı isə 3,9 milyard tamaşaçını keçib.

 

Azərbaycan Qran-Prisinə maraq nəzərə alınaraq, 2025-ci ildə iki yeni tribuna inşa edilib. 12 tribunadan 10-nun biletləri artıq tamamilə satılıb. Ümumi tutum 20 min nəfəri ötəcək ki, bu da Bakının Formula 1 xəritəsində mövqeyini daha da möhkəmləndirir.

 

Yarışa hazırlıq işlərinə minlərlə insan cəlb olunub. Tikinti-quraşdırma işlərində 2 mindən çox mühəndis, texnik, montajçı və logist iştirak edir. Sakinlərin rahatlığı üçün işlər əsasən gecə saatlarında aparılır. Yarış həftəsində bu komandaya əlavə 1500 əməkdaş, 2000 könüllü və 1400 marşal qoşulur.


FORMULA 1 AZƏRBAYCAN QRAN-PRİSİ 2025-İN STARTINA SAYILI GÜNLƏR QALIR
10 Sentyabr 2025