Təhsil İdman Peşə İnnovasiya Karyera

İdman

Logo

Millimiz Moldovaya qalib gəlib

Millimiz Moldovaya qalib gəlib

Moldovanın paytaxtı Kişineuda təlim-məşq toplanışında olan 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası ikinci yoxlama oyununa çıxıb.

U-19 Moldovanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

CPSM stadionunda təşkil olunan görüşdə millimiz 2:0 hesablı qələbə qazanıb. Komandamızın heyətində hər iki qolu Xanım Əsədova (27, 53) vurub.

Qeyd edək ki, bu komandalar arasında sentyabrın 16-da keçirilən ilk yoxlama oyununda da millimiz 2:0 hesablı qələbə qazanıb.


Millimiz Moldovaya qalib gəlib
18 Sentyabr 2025