Misli Premyer Liqasının V turu çərçivəsində “Kəpəz” səfərdə “Qəbələ”yə 0:3 hesabı ilə məğlub olub.
Qonaqların baş məşqçisi Adil Şükürov oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
"Qəbələ"ni təbrik edirəm. Onlar düşən bütün imkanları dəyərləndirdilər və layiqli qələbə qazandılar. Komanda olaraq, istədiklərimizi edə bilmirik. Bir çox şeylərdə futbolçularla ortaq məxrəcə gələ bilmirik. Futbolçularla yenə də danışacağıq. Futbolçular istədiklərimizi meydanda həyata keçirə bilmir. Bu da bütün matçlarda məğlubiyyətimizə səbəb olur".
- Nəyə görə azarkeşlərlə münasibətiniz yaxşı deyil?
- Mən belə deməzdim. Burada oynadığım vaxt bizim başımıza çox oyun gətirmişdilər. Hətta bizi zəhərləmişdilər "Kəpəz" mənə çox əzizdir. Ona görə də, kimsə nəsə deyəndə, mənə çox pis təsir edir. Elə adamlar var ki, heç "Kəpəz"in tarixindən xəbəri yoxdur. Futbolçular təzyiqə tab gətirə bilmirlər.
- Azarkeşin üzərinə niyə getdiniz?
- Azarkeşin üstünə getmədim. Tərbiyəsizlik etdilər, onun cavabını verdim. Çünki tərbiyəsizlik insana təsir edir. İnsanlar şəxsi məsələlərə toxunmamalıdır. Kimin hara gedəcəyinə rəhbərlik qərar verir. Etikadan kənara çıxmaq olmaz. Bir az diqqətli olmalıdırlar. Azarkeşə dedim ki, məni harasa göndərmək sənlik deyil, sənin başın üçün deyil.
- Niyə hər mövsüm "Kəpəz"də bu cür vəziyyət yaranır?
- Mənim üçün də maraqlıdır. Burada başqa maraqlar ola bilər.
- Tunelin sonunda işıq görürsüz?
- Çətin sualdır, cavabım yoxdur.
- Ötən mövsüm Azər Bağırov "Kəpəz"dən göz yaşları ilə ayrılmışdı. Ondan halallıq almışdız?
- "CBC Sport"da Azər Bağırovun qonaq olduğu verilişə baxdım. Heç kəs hara, necə gəldiyini unutmasın.
- İstefaya göndərilməyiniz nə dərəcədə realdır?
- Realdır. Yəqin ki, sağollaşacağıq.
Tələbələr arasında stolüstü tennis yarışı keçirilib
16 Noyabr 2026
AFFA UEFA Millətlər Liqasının Ermənistan-Kipr oyununda baş verən insidentlə bağlı UEFA-ya rəsmi eti…
13 Noyabr 2026
Bakı “SportAccord Convention 2027”yə ev sahibliyi edəcək
13 Noyabr 2026
Şərur Olimpiya İdman Kompleksində təmir işləri yekunlaşıb
13 Noyabr 2026
Məktəblilər üçün atletika təlimlərinə start veriləcək
10 Noyabr 2026
“ExpoSport Azerbaijan” sərgisi
10 Noyabr 2026
AFFA ilə klubların akademiya rəhbərləri arasında görüş keçirilib
31 Oktyabr 2026
Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və fl…
27 Oktyabr 2026
Bədii gimnastika üzrə “Ocaq Cup” beynəlxalq turniri
23 Oktyabr 2026
Naxçıvanda karateçilərin açıq hava məşqi təşkil olunub
23 Oktyabr 2026