Təhsil İdman Peşə İnnovasiya Karyera

İdman

Logo

AZƏRBAYCAN İDMANÇILARI AVROPA BİRİNCİLİYİNDƏ UĞURLA ÇIXIŞ EDİBLƏR

AZƏRBAYCAN İDMANÇILARI AVROPA BİRİNCİLİYİNDƏ UĞURLA ÇIXIŞ EDİBLƏR

Sentyabrın 12-dən 21-dək İtaliyanın Jesolo şəhərində kikboksinqin WAKO versiyası üzrə Avropa birinciliyi keçirilib. İdmançılarımız ümumilikdə 5 qızıl, 6 gümüş və 10 bürünc medal qazanıblar. Yarışda 1849 idmançı mübarizə aparıb.

 

Gənclər kateqoriyasında Rafiq Babazadə (K1, 57 kq) və Tunar Hüseynli (LK, 57 kq) qızıl medal qazanıblar. Mirfərid Seyidli (LK, 63,5 kq) və Oqtay İsmayılov (K1, 54 kq) gümüş, Baba Abbaszadə (K1), Ayşənur Bəşirova (FC, 48 kq), Adil Əsədov (LK, 54 kq), Nərmin Orucova (LK, 48 kq) və Ümid Məmmədov (LK, 54 kq) isə bürünc medala sahib olublar.

 

Yeniyetmələr arasında Əli Mayılzadə (LK, 57 kq), Zöhrab Dərgahov (LK, 51 kq) və Samir Əliyev (K1, 48 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Gülgəz İbrahimli (K1, 44 kq), Həsən Nəsirov (KL, 52 kq), Əli Əkbər (LK, 81+ kq) və Jasmin Əmirova (FC, 48 kq) gümüş medalla kifayətləniblər. Bürünc mükafata isə Rəvan İsgəndərli (FC, 51 kq), Riad Hüseynzadə (FC, 71 kq), Elnar Hacıyev (LK, 51 kq), Tamerlan Məmmədli (K1, 75 kq) və Hüseyn Mustafazadə (LK, 48 kq) layiq görülüblər.


AZƏRBAYCAN İDMANÇILARI AVROPA BİRİNCİLİYİNDƏ UĞURLA ÇIXIŞ EDİBLƏR
21 Sentyabr 2025