Təhsil İdman Peşə İnnovasiya Karyera

İdman

Logo

30-CU ÖLKƏ BİRİNCİLİYİ KEÇİRİLİR

30-CU ÖLKƏ BİRİNCİLİYİ KEÇİRİLİR

Sentyabrın 20–21-də Şəki Olimpiya İdman Kompleksində bədii gimnastika üzrə 30-cu ölkə birinciliyi keçirilir. Yarış qarşıdan gələn III MDB Oyunları öncəsi sınaq xarakteri daşıyır. Ölkənin müxtəlif bölgələrini təmsil edən 13 klubdan 130 gimnast bu yarışda iştirak edir. Onlar balacalar, yeniyetmələr və gənclər yaş kateqoriyaları üzrə fərdi və qrup hərəkətləri proqramlarında – halqa, top, lent və gürzlərlə çıxış edirlər.

 

Yarışın ilk günündə balacalar yaş kateqoriyası üzrə gimnastlar alətsiz, halqa və gürzlər proqramında bacarıqlarını nümayiş etdiriblər. 2017-ci il təvəllüdlü gimnastlar arasında birinci yeri “Ocaq Sport” klubunun nümayəndəsi Leyli Qayıblı qazanıb. İkinci yerdə Su İdmanı Sarayından Miray Həsənəliyeva, üçüncü yerdə isə Sumqayıt OİK-in gimnastı Nuray Dolçayeva qərarlaşıblar. 2016-cı il təvəllüdlülər arasında “Ocaq Sport” klubundan Zeynəb İsmayılova qızıl medal, Suel Kasımova gümüş medal, Aylin Gözəlova isə bürünc medal əldə ediblər. 2015-ci il təvəllüdlü gimnastların mübarizəsində isə “Ocaq Sport” klubundan Mira Özel qızıl, Su İdmanı Sarayından Aminə Sadıxova gümüş, “Ocaq Sport” klubundan Nilay Pünhanlı isə bürünc medalın sahibi olublar.

 

Qrup hərəkətləri üzrə balacaların mübarizəsində alətsiz proqramda qızıl və gümüş medallar “Ocaq Sport” klubunun komandalarına qismət olub. Bürünc medalı isə Abşeron OİK qazanıb. Çoxnövçülük və 5 ip proqramında isə “Ocaq Sport” klubunun komandaları bütün pillələri tutaraq ilk üçlüyün sahibi olublar.


30-CU ÖLKƏ BİRİNCİLİYİ KEÇİRİLİR 30-CU ÖLKƏ BİRİNCİLİYİ KEÇİRİLİR 30-CU ÖLKƏ BİRİNCİLİYİ KEÇİRİLİR 30-CU ÖLKƏ BİRİNCİLİYİ KEÇİRİLİR 30-CU ÖLKƏ BİRİNCİLİYİ KEÇİRİLİR
21 Sentyabr 2025