Şəki Olimpiya İdman Kompleksində təşkil olunan bədii gimnastika üzrə 30-cu ölkə birinciliyində balacalar yaş kateqoriyası üzrə yarışların qalibləri müəyyənləşib.
Yarışın birinci günündə balacalar yaş kateqoriyası üzrə gimnastlar alətsiz, halqa və gürzlər proqramı üzrə çıxışlarını sərgiləyiblər.
2017-ci il təvəllüdlü gimnastlar arasında birinci yeri "Ocaq Sport" Klubundan Leyli Qayıblı, ikinci yeri Su İdman Sarayından Miray Həsənəliyeva, üçüncü yeri isə Sumqayıt OİK-dən Nuray Dolçayeva əldə edib.
2016-cı il təvəllüdlü gimnastlar arasında "Ocaq Sport" Klubundan Zeynəb İsmayılova qızıl, Suel Kasımova gümüş, Aylin Gözəlova isə bürünc medalın sahibi olub.
2015-ci il təvəllüdlü gimnastlar arasında "Ocaq Sport" Klubundan Mira Özel qızıl, Su İdman Sarayından Aminə Sadıxova gümüş, "Ocaq Sport" Klubundan Nilay Pünhanlı bürünc medalın sahibi olub.
Balacalardan ibarət qrup hərəkətləri komandaları arasında alətsiz proqram üzrə qızıl və gümüş medalı "Ocaq Sport"Klubunun gimnastları, bürünc medalı isə Abşeron OİK qazanıb. Çoxnövçülük və 5 ip proqramı üzrə "Ocaq Sport" Klubu ilk üçlüyün sahibi olub.
Qeyd edək ki, bu gün yekun vurulacaq yarış III MDB Oyunları öncəsi sınaq xarakteri daşıyır. Yarışda ölkəmizin müxtəlif bölgələrini təmsil edən 13 klubdan 130 gimnast iştirak edir. Gimnastlar balacalar, yeniyetmələr, gənclər yaş kateqoriyaları üzrə fərdi və qrup hərəkətləri proqramlarında halqa, top, lent, gürzlərlə çıxış edirlər.
Tələbələr arasında stolüstü tennis yarışı keçirilib
16 Noyabr 2026
AFFA UEFA Millətlər Liqasının Ermənistan-Kipr oyununda baş verən insidentlə bağlı UEFA-ya rəsmi eti…
13 Noyabr 2026
Bakı “SportAccord Convention 2027”yə ev sahibliyi edəcək
13 Noyabr 2026
Şərur Olimpiya İdman Kompleksində təmir işləri yekunlaşıb
13 Noyabr 2026
Məktəblilər üçün atletika təlimlərinə start veriləcək
10 Noyabr 2026
“ExpoSport Azerbaijan” sərgisi
10 Noyabr 2026
AFFA ilə klubların akademiya rəhbərləri arasında görüş keçirilib
31 Oktyabr 2026
Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və fl…
27 Oktyabr 2026
Bədii gimnastika üzrə “Ocaq Cup” beynəlxalq turniri
23 Oktyabr 2026
Naxçıvanda karateçilərin açıq hava məşqi təşkil olunub
23 Oktyabr 2026