Təhsil İdman Peşə İnnovasiya Karyera

İdman

Logo

Voleybol üzrə Yüksək Liqaların yeni mövsümünün püşkü atılıb

Voleybol üzrə Yüksək Liqaların yeni mövsümünün püşkü atılıb

Bu gün qadın və kişi voleybolçular arasında Yüksək Liqaların 2025–2026-cı illər mövsümünün püşkatma mərasimi baş tutub.

Azərbaycan Voleybol Federasiyasının İdman zalında təşkil olunan tədbirdə federasiyanın və klubların nümayəndələri iştirak ediblər.

Yeni mövsümdə qadınların Yüksək Liqasında 9 komanda – “AZERRAIL”, “Abşeron”, “Murov Az Terminal”, “Gəncə”, “Milli Aviasiya Akademiyası”, UNEC, eləcə də debütant “DH Volley”, “Turan” və “Gənclər” klubları mübarizə aparacaqlar.

Yarışlar liqa mərhələsindən (ilkin mərhələ) və pley-offdan ibarət olacaq. Liqa mərhələsi dairəvi sistem üzrə ev-səfər prinsipi ilə bir dövrədə keçiriləcək. Nəticələrə əsasən, ən yaxşı 8 komanda pley-offa yüksələcək.

Kişilərin çempionatında isə 6 komanda – “AZERRAIL”, “Murov Az Terminal”, “Xilasedici”, “Neftçi”, ORDU və “Gənclər” çıxış edəcək. Oyunlar dairəvi sistem üzrə ev-səfər prinsipi ilə iki dövrədə təşkil olunacaq. İki dövrənin yekununda ilk 4 pillədə qərarlaşacaq komandalar pley-offda iştirak hüququ qazanacaqlar.


Voleybol üzrə Yüksək Liqaların yeni mövsümünün püşkü atılıb
23 Sentyabr 2025