Bədən Tərbiyəsi və İdman Günü münasibətilə təşkil edilən “İdman həftəsi” çərçivəsində tədbirlərə martın 2-dən start verilib. Həftənin ilk tədbiri olaraq bu gün Məşqçilərin I Forumu keçirilib.
Forumun açılış mərasimində əvvəlcə Dövlət Himni səsləndirilib, ardınca Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra gənclər və idman naziri Fərid Qayıbov çıxış edib.
Forumda Menecment və biznes, kineziologiya üzrə fəlsəfə doktoru, Maribor və Lyublyana universitetlərinin professoru Edvard Kolar (Sloveniya) “İdmançıların hazırlıq və performansının ekspert modelləşdirilməsi – “Məğlubedilməz Azərbaycan” layihəsinin əsası kimi” mövzusunda təqdimatla çıxış edib.
Qeyd edək ki, ilk dəfə olaraq tədbirdə xarici mütəxəssislərin çıxışları zamanı tərcümə süni intellekt vasitəsilə aparılıb.
Tədbir panel iclasları ilə davam edib. “Baş məşqçinin rolu: lider, pedaqoq, yoxsa menecer?” mövzusu üzrə 1-ci panel müzakirələrdə “Qarabağ” FK-nın baş məşqçisi Qurban Qurbanov, qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Faiq Qarayev, 2-ci panel müzakirələrdə isə Olimpiya çempionu Namiq Abdullayev və Azərbaycan badminton millisinin baş məşqçisi Morteza Validarvi iştirak ediblər.
3-cü panel müzakirələrdə isə Azərbaycan Milli Antidopinq Agentliyinin icraçı direktoru Təhminə Tağı-zadə, Tibb və fəlsəfə doktoru, Fiziki məşq fizilogiyası üzrə professor, Yaxın Şərq Universitetinin İdman Elmləri Mərkəzinin direktoru Əli Heydər Dəmirəl (Türkiyə) iştirak ediblər.
Forumda Sloveniya İqtisadiyyat, Turizm və İdman Nazirliyinin İdman Ombudsmanı, atletika üzrə məşqçi Rozl Prezel “Şəxsiyyətin qorunması (Safeguarding)” mövzusuna toxunub.
Forumun davamında inklüzivlik və sosial təsir üzrə təşəbbüskar, voleybol üzrə ikiqat Olimpiya Oyunlarının gümüş medalçısı Yelizaveta Brax-Tisçenko (İsveçrə) “İdmаnda qadınlar, məşqçilik və liderlik”, tətbiqi kineziologiya üzrə fəlsəfə doktoru, böyüklər üçün Psixi Sağlamlıq Mərkəzində Klinik psixologiya üzrə mütəxəssis Maya Smrdu “Şəxsiyyətin qorunması” mövzusu barədə fikirlərini bölüşüblər.
Sonda mütəxəssislər Namiq Bədirxanov, Rozl Prezel və Maya Smrdu təqdimatla çıxış ediblər.
Tələbələr arasında stolüstü tennis yarışı keçirilib
16 Noyabr 2026
AFFA UEFA Millətlər Liqasının Ermənistan-Kipr oyununda baş verən insidentlə bağlı UEFA-ya rəsmi eti…
13 Noyabr 2026
Bakı “SportAccord Convention 2027”yə ev sahibliyi edəcək
13 Noyabr 2026
Şərur Olimpiya İdman Kompleksində təmir işləri yekunlaşıb
13 Noyabr 2026
Məktəblilər üçün atletika təlimlərinə start veriləcək
10 Noyabr 2026
“ExpoSport Azerbaijan” sərgisi
10 Noyabr 2026
AFFA ilə klubların akademiya rəhbərləri arasında görüş keçirilib
31 Oktyabr 2026
Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və fl…
27 Oktyabr 2026
Bədii gimnastika üzrə “Ocaq Cup” beynəlxalq turniri
23 Oktyabr 2026
Naxçıvanda karateçilərin açıq hava məşqi təşkil olunub
23 Oktyabr 2026