Təhsil İdman Peşə İnnovasiya Karyera

İdman

Logo

Xocalı soyqırımına həsr olunmuş şahmat üzrə muxtar respublika turniri keçirilib

Xocalı soyqırımına həsr olunmuş şahmat üzrə muxtar respublika turniri keçirilib

Naxçıvan Şahmat şəhərində Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş şahmat üzrə muxtar respublika turniri keçirilib. Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyi, nazirliklərin birgə təşkilatçılığı ilə baş tutan yarışda 102 şahmatçı İsveçrə sistemi üzrə 9 turda mübarizə aparıb.
Yarışın nəticələrinə əsasən, kişilər arasında Yasin Əzimov 8 xalla turnirin qalibi olub. Eyni xala malik Mirsaleh Seyidli aralarındakı şəxsi görüşün nəticələrinə görə ikinci yerə layiq görülüb. Aktivində 7 xal olan Qənbər Hüseynli üçüncü olub. Qadınların mübarizəsində Nigar Qənbərli 6 xalla qalib adını qazanıb, Gülsüm Qəhrəmanova 5,5 xalla ikinci, Ayla Zamanlı olmaqla 5 xalla üçüncü yeri tutub.
Sonda ilk üç yerin sahiblərinə diplom, medal və hədiyyələr, həvəsləndirici yerlərin sahiblərinə fəxri fərman təqdim olunub. Mükafatları gənclər və idman nazirinin köməkçisi, nazir rəhbərliyini icra edən Məcid Seyidov təqdim etdi.


Xocalı soyqırımına həsr olunmuş şahmat üzrə muxtar respublika turniri keçirilib Xocalı soyqırımına həsr olunmuş şahmat üzrə muxtar respublika turniri keçirilib Xocalı soyqırımına həsr olunmuş şahmat üzrə muxtar respublika turniri keçirilib Xocalı soyqırımına həsr olunmuş şahmat üzrə muxtar respublika turniri keçirilib Xocalı soyqırımına həsr olunmuş şahmat üzrə muxtar respublika turniri keçirilib Xocalı soyqırımına həsr olunmuş şahmat üzrə muxtar respublika turniri keçirilib
27 Fevral 2026