21–22 fevral 2026-cı il tarixlərində Azərbaycan Kikboksinq Federasiyası və Xocalı İdman Klubunun təşkilatçılığı ilə Bakı şəhərində yerləşən Sərhədçi İdman Mərkəzində “Xocalıya Ədalət – Xocalı Kuboku VII” turniri keçirilib. Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş yarışda ölkənin müxtəlif bölgələrini təmsil edən 45 klubdan 500-ə yaxın idmançı iştirak edib.
Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən “Naxçıvan Araz” Kikboksinq klubu turnirdə baş məşqçi Elvin Qoçəliyevin rəhbərliyi ilə 14 idmançı ilə təmsil olunub. Komanda turniri 4 kubok, 5 gümüş və 4 bürünc medalla tamamlayıb.
Təmsilçilərimizdən Rüzgar İbrahimli (32 kq), Mövlan Seyidov (40 kq), Oğuz Cavadlı (42 kq) və Ülvü Əliyev (45 kq) kubok uğrunda döyüşlərini qələbə ilə bitirərək mükafatın sahibi olublar.
Adəm Cəfərov (30 kq), Ələmdar Nəcəfov (48 kq), Ayhan Xəlilli (52 kq), Polad Həsənli (50 kq) və Ayxan Oruczadə (69 kq) ikici yerə layiq görülüblər. Hikmət Əşrəfli (32 kq), Əbülfəz Həsənov (47+ kq), Turan Həziyev (63 kq) və İlham Şükürlü (47 kq) isə üçüncü olublar.
Əlavə edək ki, yarışda iştirak edən “Naxçıvan” Kikboksinq Klubunun idmançısı Uğur Nurməmmədli (37 kq) də kubok uğrunda döyüşün qalibi olub.
Tələbələr arasında stolüstü tennis yarışı keçirilib
16 Noyabr 2026
AFFA UEFA Millətlər Liqasının Ermənistan-Kipr oyununda baş verən insidentlə bağlı UEFA-ya rəsmi eti…
13 Noyabr 2026
Bakı “SportAccord Convention 2027”yə ev sahibliyi edəcək
13 Noyabr 2026
Şərur Olimpiya İdman Kompleksində təmir işləri yekunlaşıb
13 Noyabr 2026
Məktəblilər üçün atletika təlimlərinə start veriləcək
10 Noyabr 2026
“ExpoSport Azerbaijan” sərgisi
10 Noyabr 2026
AFFA ilə klubların akademiya rəhbərləri arasında görüş keçirilib
31 Oktyabr 2026
Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və fl…
27 Oktyabr 2026
Bədii gimnastika üzrə “Ocaq Cup” beynəlxalq turniri
23 Oktyabr 2026
Naxçıvanda karateçilərin açıq hava məşqi təşkil olunub
23 Oktyabr 2026