Abşeron Olimpiya İdman Kompleksində U-14 yeniyetmələr arasında cüdo üzrə liqa yarışının I turu başa çatıb. Yarışda 94 klub və idman cəmiyyətindən olan 541 cüdoçu (452 oğlan, 89 qız) mübarizə aparıb.
Naxçıvan Muxtar Respublikasından yarışa məşqçi Orxan Quliyevin rəhbərliyi ilə Naxçıvan Şəhər Uşaq-Gənclər İdman Məktəbinin 5 idmançısı qatılıb. Onlardan yalnız biri mükafatçılar sırasına düşməyi bacarıb. Belə ki, 57 kq çəki dərəcəsində çıxış edən Yasəmən Əliyeva üç görüş keçirib və rəqiblərini məğlub edərək qızıl medal qazanıb. Yasəmən bu nəticə ilə liqada yüksək reytinq qazanma yolunda önəmli başlanğıca nail olub.
Qeyd edək ki, cari ildə U-14 Liqa yarışı üç turdan ibarətdir. Bu yarışlar nəticəsində idmançıların reytinq cədvəli formalaşacaq.
Tələbələr arasında stolüstü tennis yarışı keçirilib
16 Noyabr 2026
AFFA UEFA Millətlər Liqasının Ermənistan-Kipr oyununda baş verən insidentlə bağlı UEFA-ya rəsmi eti…
13 Noyabr 2026
Bakı “SportAccord Convention 2027”yə ev sahibliyi edəcək
13 Noyabr 2026
Şərur Olimpiya İdman Kompleksində təmir işləri yekunlaşıb
13 Noyabr 2026
Məktəblilər üçün atletika təlimlərinə start veriləcək
10 Noyabr 2026
“ExpoSport Azerbaijan” sərgisi
10 Noyabr 2026
AFFA ilə klubların akademiya rəhbərləri arasında görüş keçirilib
31 Oktyabr 2026
Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və fl…
27 Oktyabr 2026
Bədii gimnastika üzrə “Ocaq Cup” beynəlxalq turniri
23 Oktyabr 2026
Naxçıvanda karateçilərin açıq hava məşqi təşkil olunub
23 Oktyabr 2026