Təhsil İdman Peşə İnnovasiya Karyera

İdman

Logo

Bakıda idman gimnastikası üzrə Dünya Kuboku start götürüb

Bakıda idman gimnastikası üzrə Dünya Kuboku start götürüb

Martın 5-də Bakıda idman gimnastikası üzrə Dünya Kuboku start götürüb. Milli Gimnastika Arenasında təşkil olunan yarışların ilk günündə idmançılar təsnifat mərhələsində qüvvələrini sınayırlar. Gimnastlar sərbəst hərəkətlər, paralel qollar, halqalar, dayaqlı tullanma, müxtəlif hündürlüklü qollar proqramlarında çıxış edirlər.

Turnirdə ölkəmizi Rəsul Əhmədzadə, Aydın Əlizadə, Nikita Simonov, Dəniz Əliyeva, Nazənin Teymurova və Xədicə Abbaszadə təmsil edirlər. İlk günün nəticələrinə əsasən Nikita Simonov və Dəniz Əliyeva final mərhələsinə vəsiqə qazanıblar.

Qeyd edək ki, 30-dan çox ölkədən idmançıların mübarizə apardığı yarış martın 8-də başa çatacaq.


Bakıda idman gimnastikası üzrə Dünya Kuboku start götürüb Bakıda idman gimnastikası üzrə Dünya Kuboku start götürüb Bakıda idman gimnastikası üzrə Dünya Kuboku start götürüb Bakıda idman gimnastikası üzrə Dünya Kuboku start götürüb Bakıda idman gimnastikası üzrə Dünya Kuboku start götürüb Bakıda idman gimnastikası üzrə Dünya Kuboku start götürüb
5 Mart 2026