Quba İstirahət, İdman, Təlim və Tədris Kompleksində Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Gənclər Evlərinin rəhbər və əməkdaşları, həmçinin Olimpiya İdman Komplekslərinin rəhbərləri üçün “Menecer səriştələrinin inkişafı” mövzusunda təlim-düşərgə keçirilib.
Beş gün davam edən proqramda ölkənin müxtəlif bölgələrindən 100-dən çox nümayəndə iştirak edib. Düşərgə müasir rəhbərin əsas səriştələrini əhatə edən “Strateji düşüncə”, “Komanda idarəetməsi”, “Büdcə planlaması”, “Xidmətyönümlü fəaliyyət” və “Maraqlı tərəflərlə effektiv əməkdaşlıq” istiqamətləri üzrə təşkil olunub.
Təlimdə iştirakçılar real hadisələr əsasında hazırlanmış keys nümunələri, praktiki tapşırıqlar, oyun modelləri və komanda fəaliyyətləri vasitəsilə qərarvermə, məsuliyyət və nəticəyönümlü idarəetmə bacarıqlarını praktik mühitdə tətbiq ediblər. Refleksiya sessiyaları isə öyrənilən yanaşmaların sistemləşdirilməsinə və fərdi inkişaf planlarının formalaşdırılmasına şərait yaradıb.
Düşərgənin sonunda iştirakçılar tərəfindən hazırlanmış təqdimatlar və keys müdafiələri təqdim olunub, qiymətləndirmə mərhələsi keçirilib və proqramı uğurla tamamlayan rəhbərlərə müvafiq sertifikatlar verilib.
Tələbələr arasında stolüstü tennis yarışı keçirilib
16 Noyabr 2026
AFFA UEFA Millətlər Liqasının Ermənistan-Kipr oyununda baş verən insidentlə bağlı UEFA-ya rəsmi eti…
13 Noyabr 2026
Bakı “SportAccord Convention 2027”yə ev sahibliyi edəcək
13 Noyabr 2026
Şərur Olimpiya İdman Kompleksində təmir işləri yekunlaşıb
13 Noyabr 2026
Məktəblilər üçün atletika təlimlərinə start veriləcək
10 Noyabr 2026
“ExpoSport Azerbaijan” sərgisi
10 Noyabr 2026
AFFA ilə klubların akademiya rəhbərləri arasında görüş keçirilib
31 Oktyabr 2026
Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və fl…
27 Oktyabr 2026
Bədii gimnastika üzrə “Ocaq Cup” beynəlxalq turniri
23 Oktyabr 2026
Naxçıvanda karateçilərin açıq hava məşqi təşkil olunub
23 Oktyabr 2026