Təhsil İdman Peşə İnnovasiya Karyera

İdman

Logo

“URBAN HACKATHON 2026” DAYANIQLI ŞƏHƏR MOBİLLİYİ ÜZRƏ MİLLİ TƏLƏBƏ HAKATONU KEÇİRİLƏCƏK

“URBAN HACKATHON 2026” DAYANIQLI ŞƏHƏR MOBİLLİYİ ÜZRƏ MİLLİ TƏLƏBƏ HAKATONU KEÇİRİLƏCƏK

Gənclər və İdman Nazirliyi, Elm və Təhsil Nazirliyi və “Bir Könüllü” Tələbələrin Əməkdaşlığı İctimai Birliyinin dəstəyi ilə “Urban Hackathon 2026” Dayanıqlı Şəhər Mobilliyi üzrə Milli Tələbə Hakatonu keçiriləcək. 

WUF13-ə gedən yolda Azərbaycan Şəhərsalma Kampaniyası çərçivəsində təşkil olunan hakaton şəhər mobilliyi sahəsində mövcud problemlərə gənclərin innovativ və tətbiq edilə bilən həllər hazırlamasına yönəlib. 
Tədbir iştirakçılara komanda işi mühitində real urban çağırışlar üzərində işləmək imkanı yaradacaq. Hakatonda ümumilikdə 150 iştirakçı fəaliyyət göstərəcək. Komandalar multidisiplinar prinsip əsasında formalaşdırılmalı və hər komanda maksimum 5 nəfər iştirakçıdan ibarət olmalıdır. 

Qeyd: Müraciət yalnız komanda formatında qəbul olunur. Komandalar artıq hazır layihələri ilə də müraciət edə bilərlər. 

📍Məkan: Quba şəhəri 
📆Tarix: 13–16 mart 

Komanda şəklində müraciət üçün qeydiyyat linki: https://forms.gle/3FeihQvQHccPLtJF6 


“URBAN HACKATHON 2026” DAYANIQLI ŞƏHƏR MOBİLLİYİ ÜZRƏ MİLLİ TƏLƏBƏ HAKATONU KEÇİRİLƏCƏK
6 Mart 2026