Təhsil İdman Peşə İnnovasiya Karyera

İdman

Logo

"Qarabağ" Futbol Komandasının rəqibləri müəyyənləşdi

"Qarabağ" Futbol Komandasının rəqibləri müəyyənləşdi

"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibləri bəlli olub. Bu, turnirin Liqa mərhələsinin bugünkü püşkatmasından sonra dəqiqləşib.

 

Tədbirdə komandamızın qarşılaşacağı 8 rəqib müəyyənləşib. Qurban Qurbanovun yetirmələri sentyabrda başlayacaq mərhələdə dörd komanda ilə evdə, dördü ilə səfərdə görüşəcək.

 

Ev oyunları: “Çelsi” (İngiltərə), “Ayntraxt” (Almaniya), “Ayaks” (Niderland), “Kopenhagen” (Danimarka).

 

Səfər oyunları: “Liverpul” (İngiltərə), “Benfika” (Portuqaliya), “Napoli” (İtaliya), “Atletik” (İspaniya).

 

Oyunların təqvimi UEFA tərəfindən qarşıdakı günlərdə müəyyənləşdiriləcək. Liqa mərhələsində ilk 8 yeri tutan komandalar 1/8 finala, 9-24-cü yer sahibləri pley-offa adlayacaq.


"Qarabağ" Futbol Komandasının rəqibləri müəyyənləşdi
28 Avqust 2025