Təhsil İdman Peşə İnnovasiya Karyera

İdman

Logo

BİNƏ ATÇILIQ MƏRKƏZİNDƏ “ARAF” KUBOKU KEÇİRİLDİ

BİNƏ ATÇILIQ MƏRKƏZİNDƏ “ARAF” KUBOKU KEÇİRİLDİ

Binə Atçılıq Mərkəzində Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə “ARAF” kuboku uğrunda konkur yarışları keçirilib. Yarışda Azərbaycanın müxtəlif atçılıq klublarından 21 yaşadək idmançılar 6 yaşadək olan atlarla, 21 yaşdan yuxarı idmançılar isə yaş məhdudiyyəti qoyulmayan atlarla iştirak ediblər.

“A” kateqoriyasında Amena Gonizzi “Pur-Pur” ləqəbli atla birinci, Ayan Fərəcova “Tibet” ləqəbli atla ikinci, Vəfa Angel Seyid “Püstə” ləqəbli atla üçüncü yerin sahibi olublar.

“L” kateqoriyasında Anar Hümbətov “Zirvə” ləqəbli atla birinci, Elmar Abdullayev “Cartanio” ləqəbli atla ikinci, Daria Staravoytova “Cherry Moon” ləqəbli atla üçüncü yerə layiq görülüblər.

“M*” kateqoriyasında Ramil İbrahimov “Şirin” ləqəbli atla birinci, Anar Hümbətov “Damla” ləqəbli atla ikinci, Elmar Abdullayev “Cartanio” ləqəbli atla üçüncü yeri tutublar.


BİNƏ ATÇILIQ MƏRKƏZİNDƏ “ARAF” KUBOKU KEÇİRİLDİ BİNƏ ATÇILIQ MƏRKƏZİNDƏ “ARAF” KUBOKU KEÇİRİLDİ BİNƏ ATÇILIQ MƏRKƏZİNDƏ “ARAF” KUBOKU KEÇİRİLDİ BİNƏ ATÇILIQ MƏRKƏZİNDƏ “ARAF” KUBOKU KEÇİRİLDİ BİNƏ ATÇILIQ MƏRKƏZİNDƏ “ARAF” KUBOKU KEÇİRİLDİ BİNƏ ATÇILIQ MƏRKƏZİNDƏ “ARAF” KUBOKU KEÇİRİLDİ
22 Mart 2026