Təhsil İdman Peşə İnnovasiya Karyera

İdman

Logo

İÇƏRİŞƏHƏRDƏ “BAHAR QALASI” FESTİVALI KEÇİRİLİR

İÇƏRİŞƏHƏRDƏ “BAHAR QALASI” FESTİVALI KEÇİRİLİR

Baharın gəlişi münasibətilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən “Bahar Qalası” festivalı keçirilir.

Gənclər və İdman Nazirliyi festivalda 2026-cı il üçün “Dünyanın İdman Paytaxtı” olan Bakı şəhərinin təqdimatını edib. Tədbirdə idmançıların karate, velosiped, boks, cüdo, güləş, kapoeyra, milli idman növləri, stolüstü tennis, basketbol, badminton, voleybol, qolf, taekvondo və zorxana idman növləri üzrə çıxışları təqdim olunub.

Azərbaycan Su İdman Növləri Federasiyası tərəfindən Xəzər sularında akademik avarçəkmə, kayak, kanoe və draqon qayıqları ilə rəngarəng çıxışlar nümayiş olunub, bayraq daşıyan skuterlər isə tədbirə rəngarəng görüntülər qatıb. Yelkənli qayıq idmanı üzrə göstərişlər isə festival iştirakçılarına maraqlı və dinamik anlar yaşadıb.

Eyni zamanda səyyar “Sağlam həyat” layihəsi də təşkil edilib. İdman həvəskarları, xüsusən uşaqlar layihəyə qoşularaq əyləncəli və faydalı vaxt keçiriblər.


İÇƏRİŞƏHƏRDƏ “BAHAR QALASI” FESTİVALI KEÇİRİLİR İÇƏRİŞƏHƏRDƏ “BAHAR QALASI” FESTİVALI KEÇİRİLİR İÇƏRİŞƏHƏRDƏ “BAHAR QALASI” FESTİVALI KEÇİRİLİR İÇƏRİŞƏHƏRDƏ “BAHAR QALASI” FESTİVALI KEÇİRİLİR İÇƏRİŞƏHƏRDƏ “BAHAR QALASI” FESTİVALI KEÇİRİLİR İÇƏRİŞƏHƏRDƏ “BAHAR QALASI” FESTİVALI KEÇİRİLİR
21 Mart 2026