Təhsil İdman Peşə İnnovasiya Karyera

İdman

Logo

“ŞƏHƏRSALMA VƏ MEMARLIQ İLİ” ÇƏRÇİVƏSİNDƏ GƏNCLƏR DÜŞƏRGƏSİ

“ŞƏHƏRSALMA VƏ MEMARLIQ İLİ” ÇƏRÇİVƏSİNDƏ GƏNCLƏR DÜŞƏRGƏSİ

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Bizim şəhərlər: Gənclərin baxışı” düşərgəsi keçirilib. Quba İstirahət, İdman, Təlim və Tədris Kompleksində təşkil olunan layihə BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən həyata keçirilən Azərbaycan Şəhərsalma Kampaniyası çərçivəsində, Gənclər və İdman Nazirliyi, Gənclər Fondu və “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi ilə təşkil edilib.

6 gün davam edən proqramda 150 gənc şəhərsalma, memarlıq, innovasiya və yaradıcılıq sahələrində nəzəri biliklər əldə edib, praktiki fəaliyyətlər vasitəsilə bu bilikləri tətbiq edib. Təlim sessiyaları, panel müzakirələri və interaktiv fəaliyyətlər iştirakçıların analitik düşünmə, yaradıcılıq və komanda əməkdaşlığı bacarıqlarını inkişaf etdirib.

Proqram çərçivəsində keçirilən tematik vörkşoplar və yaradıcı fəaliyyətlər gənclərin şəhər mühitinə dair baxışlarını formalaşdırmağa, mövcud problemlərin təhlili və alternativ həll yanaşmalarının irəli sürülməsinə şərait yaradıb.


“ŞƏHƏRSALMA VƏ MEMARLIQ İLİ” ÇƏRÇİVƏSİNDƏ GƏNCLƏR DÜŞƏRGƏSİ “ŞƏHƏRSALMA VƏ MEMARLIQ İLİ” ÇƏRÇİVƏSİNDƏ GƏNCLƏR DÜŞƏRGƏSİ “ŞƏHƏRSALMA VƏ MEMARLIQ İLİ” ÇƏRÇİVƏSİNDƏ GƏNCLƏR DÜŞƏRGƏSİ “ŞƏHƏRSALMA VƏ MEMARLIQ İLİ” ÇƏRÇİVƏSİNDƏ GƏNCLƏR DÜŞƏRGƏSİ “ŞƏHƏRSALMA VƏ MEMARLIQ İLİ” ÇƏRÇİVƏSİNDƏ GƏNCLƏR DÜŞƏRGƏSİ “ŞƏHƏRSALMA VƏ MEMARLIQ İLİ” ÇƏRÇİVƏSİNDƏ GƏNCLƏR DÜŞƏRGƏSİ
19 Mart 2026