Gənclər və İdman Nazirliyinin və Azərbaycan Gənclər Fondunun dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşkilatçılığı ilə martın 15-dən 18-dək Şəki Olimpiya İdman Kompleksində “NovruzFest” düşərgəsi keçirilib. Düşərgədə yerli gənclərlə yanaşı, Azərbaycanda təhsil alan 11 ölkədən 70-ə yaxın əcnəbi tələbə iştirak edib.
Düşərgə çərçivəsində təşkil olunan “Novruz və gənclər arasında ortaq mənəvi dəyərlərin təşviqi” mövzusunda seminarda iştirakçılara milli adət-ənənələrimiz və dəyərlərimiz barədə ətraflı məlumat verilib. Eyni zamanda, gənclər təqdimatlarla çıxış edərək öz ölkələrinin mədəniyyətini və ənənələrini bölüşüblər.
Düşərgə müddətində iştirakçılar üçün müxtəlif intellektual oyunlar və idman yarışları keçirilib. Gənclər Novruz tonqalı ətrafında bir araya gələrək milli musiqi və rəqs nümunələri ilə tanış olub, ənənəvi oyunlarda iştirak ediblər. Bununla yanaşı, iştirakçılar üçün Şəki şəhərinin zəngin tarixi və mədəni irsi ilə yaxından tanış olmaq məqsədilə ekskursiya təşkil olunub.
Tələbələr arasında stolüstü tennis yarışı keçirilib
16 Noyabr 2026
AFFA UEFA Millətlər Liqasının Ermənistan-Kipr oyununda baş verən insidentlə bağlı UEFA-ya rəsmi eti…
13 Noyabr 2026
Bakı “SportAccord Convention 2027”yə ev sahibliyi edəcək
13 Noyabr 2026
Şərur Olimpiya İdman Kompleksində təmir işləri yekunlaşıb
13 Noyabr 2026
Məktəblilər üçün atletika təlimlərinə start veriləcək
10 Noyabr 2026
“ExpoSport Azerbaijan” sərgisi
10 Noyabr 2026
AFFA ilə klubların akademiya rəhbərləri arasında görüş keçirilib
31 Oktyabr 2026
Azərbaycan Braziliya Ciu-Citsu İctimai Birliyinin təşkilatçılığı ilə İctimai Birliyin klublar və fl…
27 Oktyabr 2026
Bədii gimnastika üzrə “Ocaq Cup” beynəlxalq turniri
23 Oktyabr 2026
Naxçıvanda karateçilərin açıq hava məşqi təşkil olunub
23 Oktyabr 2026