Təhsil İdman Peşə İnnovasiya Karyera

İdman

Logo

AZƏRBAYCANLI ALPİNİST 9-CU YÜKSƏK ZİRVƏNİ FƏTH ETDİ

AZƏRBAYCANLI ALPİNİST 9-CU YÜKSƏK ZİRVƏNİ FƏTH ETDİ

Aprelin 14-də Azərbaycan alpinisti İsrafil Aşurlının da daxil olduğu 5 nəfərlik komanda Himalay dağ silsiləsində yerləşən Annapurna (8091 m) zirvəsini fəth edib. Baza düşərgəsindən hərəkətə başlayan alpinistlər dərin qar örtüyü və çətin relyef şəraitində irəliləyərək zirvəyə qalxmaqla bu mövsümün ilk uğurlu çıxışını həyata keçiriblər.

İdmançımız zirvəyə qalxan zaman süni oksigen balonundan istifadə etməyib. Aşurlı ötən il də zirvələrə süni oksigendən istifadə etmədən qalxmışdı.

Bununla da o, dünyada 8000 metrdən yüksək 14 zirvədən 9-nu fəth edib.


AZƏRBAYCANLI ALPİNİST 9-CU YÜKSƏK ZİRVƏNİ FƏTH ETDİ AZƏRBAYCANLI ALPİNİST 9-CU YÜKSƏK ZİRVƏNİ FƏTH ETDİ AZƏRBAYCANLI ALPİNİST 9-CU YÜKSƏK ZİRVƏNİ FƏTH ETDİ AZƏRBAYCANLI ALPİNİST 9-CU YÜKSƏK ZİRVƏNİ FƏTH ETDİ
20 Aprel 2026