Təhsil İdman Peşə İnnovasiya Karyera

İdman

Logo

AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİ TRABZONDA SƏFƏRDƏ OLUB

AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİ TRABZONDA SƏFƏRDƏ OLUB

Aprelin 13-dən 16-dək idman sahəsində əməkdaşlıq çərçivəsində Azərbaycan nümayəndə heyəti Türkiyənin Trabzon şəhərinə səfər edib. Səfər çərçivəsində Trabzon Gənclik və İdman İl Müdirliyində görüşlər keçirilib, iki ölkə arasında gənclər və idman sahəsində əməkdaşlıq imkanları müzakirə olunub.

Proqram çərçivəsində nümayəndə heyəti şəhərin bir sıra idman və gənclər infrastrukturu obyektləri ilə tanış olub.

Nümayəndə heyəti həmçinin Faroz Futbol Sahəsində 20 komandanın iştirakı ilə keçirilən gənclər turnirinin açılış mərasimində iştirak edib. Səfərin son günündə Trabzon Amatör İdman Klubları Federasiyasında konfrans təşkil olunub. Tədbirdə Trabzonda fəaliyyət göstərən futbol klublarının fəaliyyəti və inkişaf perspektivləri müzakirə edilib.

Qeyd edək ki, Trabzonu təmsil edən nümayəndə heyətinin may ayında Qazax rayonuna səfəri nəzərdə tutulub.


AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİ TRABZONDA SƏFƏRDƏ OLUB AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİ TRABZONDA SƏFƏRDƏ OLUB AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİ TRABZONDA SƏFƏRDƏ OLUB AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİ TRABZONDA SƏFƏRDƏ OLUB AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİ TRABZONDA SƏFƏRDƏ OLUB AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİ TRABZONDA SƏFƏRDƏ OLUB
18 Aprel 2026